Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

13 fevral 2013

Əhmədi Təbrizinin «Yusif və Züleyxa» poemasının surəti əldə edilib

Əlyazmalar İnstitutu İstanbulun Mərmərə Universiteti Fənn-ədəbiyyat fakültəsi kitabxanasından XVI əsr Azərbaycan şairi Əhmədi Təbrizinin «Yusif və Züleyxa» poemasının surətini əldə etmişdir.
Əhmədi Təbrizinin indiyə qədər 1479-cu ildə yazılmış «Əsrarnamə» adlı əsəri məlum idi. Hər iki əsəri müəllif Ağqoyunlu hökmdarı Sultan Yəqubun (1478-1490) dövründə əmirül-üməra olan Xəlilullaha təqdim etmişdir.
Əhmədi Təbrizi qeyd edir ki, Xəlilullahın sifarişi ilə 4035 beytdən ibarət bu əsəri Təbrizdə 57 günə yazmışdır. Poemanın Mərmərə Universiteti Fənn-ədəbiyyat fakültəsi kitabxanasında saxlanan 102 vərəqlik nüsxəsi cəmi 2990 beytdən ibarətdir. Əsərin içindən bir çox vərəqlərin düşdüyü müşahidə olunur. Cələcəkdə poemanın mükəmməl nüsxəsi aşkar edilərsə, ehtimal ki, müəllif haqqında daha geniş məlumat əldə etmək mümkün olacaqdır.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.