Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

14 yanvar 2013

PAŞA KƏRİMOV,
AMEA M.Füzuli adına
Əlyazmalar İnstitutunun direktor əvəzi,
filologiya üzrə elmlər doktoru

Paris Milli Kitabxanasında saxlanan əsərlərimizin surətləri
Əlyazmalar İnstitutuna gətirilmişdir

Əlyazmalar İnstitutu Paris Milli Kitabxanasında saxlanan Azərbaycan tarixinə, mədəniyyətinə dair 200-dən artıq materialın surətlərini, elektron variantlarını əldə etmişdir. Bunların içində XX əsrin əvvəlində Bakı şəhərində çəkilmiş fotolar, Azərbaycan tarixinə dair xəritələr və planlar, orta əsr əlyazmaları, müğənnilərin ifasında Parisdə patefona yazılmış mahnıları, Avropa səyyahlarının Azərbaycan barədə əsərləri vardır. Xəritə və planlardan XVIII əsrə dair Bakı şəhərinin planı, həmin dövrdə tərtib edilmiş Bakı körfəzinin xəritəsi və şəhərin planı, Abşeron yarımdasındakı neft quyularını göstərən xəritə, XVIII əsrdə çəkilmiş Xəzər dənizi, Volqa, Kür çayları və Xəzəryanı sahillərin xəritəsi, 1872-ci ildə Sankt-Peterburqda çəkilmiş Qafqaz bölgəsinin xəritəsi, 1724-1729-cu illərə aid Xəzər dənizinin şərq və qərb sahillərinin xəritəsi, 1721-ci ilə aid Xəzər dənizinin xəritəsi diqqətimizi cəlb edir. Əlyazmalardan 1467-ci ildə Təbrizdə Nəsrullah Münşi adlı katib tərəfindən köçürülmüş «Kəlilə və Dimnə», cığatay dilində yazılmış, oğuz türklərindən bəhs edən «Oğuznamə», təbabətə dair XVI əsrə aid «Əlacnamə» əsəri, Ə.Nəvainin əsərləri və s. böyük maraq doğurur.
Avropa səyyahlarının Azərbaycanla bağlı müşahidələrindən ibarət kitablar da diqqəti cəlb edir. XVII əsrdə İran və Azərbaycanda olmuş Rafael dü Manın 1890-cı ilə çapdan çıxmış kitabında Səfəvilər dövlətindən, Şah İsmayıl Xətaidən, övladlarından, İsfahandakı sarayda Azərbaycan türkcəsinin mövqeyindən, ölkəmizin şəhərlərindən və təbii sərvətlərindən bəhs olunur. Avropa səyyahları Öjen Flandən və Paskal Kostun 1851-ci ildə çapdan çıxmış «İrana səyahət» əsərində Azərbaycan barədə geniş söhbət açılır.
Paris Milli Kitabxanasından əldə edilmiş materiallar içərisində xalq mahnılarınımızın XX əsrin əvvəllərində patefona yazılarının surətləri də vardır. Məşədi Hilal Zeynalovun ifasında Ü.Hacıbəyovun «Leyli və Məcnun» operasından bir parça, «O xal nə xaldı» mahnısı, Mahmud Behbudovun ifasında «Dəsmalın, yar», «Var bir incəbel», Məhəmməd Zeynalın ifasında «Şikəstə», Şövkət Məmmədovanın ifasında «Sən ki», «Mən bir güldüm», «Mən görməzdim» adlı mahnılar kifayət qədər aydın səslənir. Maraqlıdır ki, xalq mahnılarımızın bir hissəsi erməni ifaçılarının ifasında yazıya alınmışdır. Anna Poqosova «İrəvanda xanın səsi», «Qara gözüm», Muxtar Ter Akopov «Bəri bax», «Şüştəri», «Qarabağ şikəstəsi» havalarını təmiz Azərbaycan dilində ifa etmişlər.
Paris Milli Kitabxanasından alınan materiallar bir daha sübut edir ki, tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə dair hələ çox əsərlər xarici ölkələrin kitabxana və muzeylərində, şəxsi kolleksiyalarında saxlanılmaqdadır.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.