Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

28 dekabr 2012

Üç yeni kitab

«Elm və təhsil» nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Samirə Gəncəlinin nəşrə hazırladığı «Əlabbas Müznib. Əsərləri» adlı kitabı çap edilmişdir. Əsərə Əlabbas Müznibin «Tikan kolu» və «Əmək çiçəyi» kitablarına daxil edilmiş şeirləri və müxtəlif illərdə yazdığı məktublar daxil edilmişdir.
Kitabın redaktru: Arif Ramazanovdur.

«Elm və təhsil» nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın tərtib etdiyi «Теймур бек Байрамалибеков. Избранные произведения» adlı kitabı çap edilmişdir. İlk dəfə olaraq görkəmli maarifçi Teymur bəy Bayraməlibəyovun publisistika, folklorşünaslıq və etnoqrafiya sahəsindəki əsərləri bir kitab halında çap edilmişdir. Buradakı materiallar Teymur bəyin Əlyazmalar İnstitutunda saxlanan şəxsi arxivindən götürülmüşdür.
Rəyçi: akademik Teymur Bünyadov, kitabın redaktoru: filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.

«Elm və təhsil» nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı tarix üzrə fəlsəfə doktoru Tahirə Həsənzadənin «Fərhad mirzə Qacar. «Səfərnamə» adlı kitabı nəşr edilmişdir. Qacar şahzadəsi Fərhad mirzə 1875-1876-cı illərdə Məkkə ziyarətinə gedərkən «Səfərnamə» adlı əsər yazmışdır. Fərhad mirzə bu səfəri zamanı Şimali Azərbaycandan keçmiş, görkəmli şəxsiyyətlərlə, o cümlədən M.F.Axundzadə və H.Zərdabi ilə görüşmüşdür. Bu görüşlərin təəssüratları, söhbətlərin məzmunu «Səfərnamə»də əksini tapmışdır. Mətni olduğu kimi oxuculara çatdırılan «Səfərnamə» müasir tədqiqatçıların və oxucuların böyük marağına səbəb olacaqdır.
Elmi redaktor və ön sözün müəllifi: professor Kərim Şükürovdur.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.