Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

25 dekabr 2012

Qəzənfər Paşayev – 75

Bu günlərdə AMEA Folklor İnstitutu ilə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun birgə keçirdiyi tədbir f.ü.e.d., professor Qəzənfər Paşayevin 75 illiyinə həsr olunmuşdu. Mərasimi giriş sözü ilə açan Folklor İnstitutunun drektoru f.ü.e.d. Muxtar Kazımoğlu (İmanov) Q.Paşayevin keçdiyi həyat yoluna və çoxsahəli yaradıcılığına ümumi bir nəzər salaraq qeyd etdi ki, bu gün burada – M.Füzulinin adını daşıyan bir elm ocağında Qəzənfər müəllimin yubiley tədbirinin keçirilməsində bir uyarlıq var. Böyük Füzulinin vətəni İraqdan yazan bir alim adının dahi şairlə qoşa çəkilməsi tamamilə yerinə düşür. Kərkük sevdalı Q.Paşayev dəyərli alim, səriştəli mütərcim, alovlu publisist olmaqla bərabər qayğıkeş insan, yüksək mədəniyyət sahibi olan həqiqi ziyalıdır.
Q.Paşayevin dilçilik, ədəbiyyatşünaslıq və folklorşünaslıq elmimizdəki yerini dürüst dəyərləndirən M.Kazımoğlu yubilyarı Folklor İnstitutunun xüsusi təşəkkürü və zəngin aşıq ifaları toplanmış (1951-2011-ci illər ərzində) musiqi albomu ilə təbrik etdi.

F.ü.e.d., professor Qəzənfər Kazımov yubilyarın daha çox dilçilik elminə gətirdiyi yeniliklərdən, İraq-Türkman linqvistikasına təhlili münasibətindən danışdı və alim adaşını 75 yaşı ilə əlaqədar ürəkdən təbrik etdi.
M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimli ziyalı insanlar üçün belə yubiley tədbirlərinin keçirilməsini bir mənəviyyat amili kimi dəyərləndirdi. O, qeyd etdi ki, Q.Paşayev bir zaman bizə uzaq görünən İraqı öz əsərləri ilə çox yaxına gətirdi. Ümummilli mənafe, millətsevərlik baxımından bu insanın xidmətləri əvəzsizdir.
F.ü.e.d., professor İsrafil Abbaslı uzun illər ünsiyyətdə olduğu Q.Paşayevin həm alim kimi fəaliyyətindən, həm də insanlara insani münasbətlərindən səmimiyyətlə söhbət açdı. Millətini, xalqını, vətənini sevən yubilyar haqqında yekun sözü belə oldu: “O, azərbaycanşünas alimdir.”
Türkiyədə yaşayan f.ü.f.d. Seyfəddin Altaylı qeyd etdi ki, Qəzənfər Paşayev təkcə Azərbaycanın yox, türk dünyasının böyük alimidir. Türkiyə pəncərəsində baxanda o, başqa bir biçimdə görünür.
Q.Paşayevin tələbəsi Şahin Xəlilli tərcümə sənətinə yiyələnməkdə öz müəlliminin əvəzsiz rolu olduğunu vurğuladı. Onu da əlavə etdi ki, Qəzənfər müəllim ingilis və Amerika ədəbiyyatı ilə məşğul olan gənc mütərcimlərə hər zaman qayğısını əsirgəməyib.

F.e.d., professor Kamran Əliyev Qəzənfər müəllimlə professor Abbas Zamanovun vasitəsilə tanış olduğunu söylədi. O, bu illər ərzində Qzənfər Paşayevin necə məhsuldar, zəhmətkeş alim, ünsiyyətcil insan olduğu barədə ürək dolusu danışdı. Bunu da əlavə etdi ki, bu ünsiyyətçilik və səmimiyyət Qəzənfər müəllimin yaradıcılığına da hopub. K.Əliyev çıxışında belə ümumiləşdirdi: ”Qəzənfər Paşayev Kərkükü kəşf etdi”.
Yubiley tədbirində iştirak edənlər f.ü.f.d. Adil Cəmil, f.ü.f.d. Elxan Məmmədli, sənətşünas professor Rafiq İmrani, f.e.d. Qurban Bayramov, f.e.d Möhsün Nağısoy, f.e.d. Vaqif Sultanlı, f.e.d. Mahmud Allahmanlı, f.ü.f.d. İslam Sadıq, f.ü.f.d. Səkinə Qaybalıyeva da çıxış edirək yubliyar haqqında ürək sözlərini dilə gətirdilər.
Sonda Q.Paşayev onun elmi, ədəbi yaradıcılığına müxtəlif aspektlərdə yanaşan çıxışçılara dərin minnətdarlığnı bildirdi.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.