Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 
7 dekabr 2012

ƏLYAZMALAR İNSTİTUTUNUN YENİ TAPINTISI

1528-ci ildə köçürülmüş Nizami «Xəmsə»sinə çəkilmiş miniatür

Əlyazmalar İnstitutu ABŞ-ın Merilend ştatının Baltimor şəhərindəki Volters İncəsənət Muzeyində saxlanan Şərq Əlyazmaları kolleksiyasına daxil olan 328 əlyazma kitabının və çoxsaylı miniatür, xəttatlıq nümunələrinin elektron variantını, rəqəmsal faksimilesini əldə etmişdir. Buraya ən qədim və nəfis Quran nüsxələri, Firdovsi «Şahnamə»sinin, Nizaminin, Ə.Nəvainin, Ə.X.Dəhləvinin «Xəmsə»lərinin, Cəlaləddin Rumi, Sədi, İ.Əhmədi, Cami, Babur, Əssar Təbrizi və b. əsərlərinin nəfis, gözəl xətlə köçürülmüş miniatürlü əlyazmaları daxildir. Xüsusilə buradakı Nizami «Xəmsə»si nüsxələri nəfisliyi ilə diqqəti cəlb edir. «Xəmsə»nin 1481-ci ildə köçürülən nüsxəsində 60, 1517-ci ildə Məhəmməd Musa Əlmüzəhhib tərəfindən köçürülmüş nüsxəsində 27, 1528-ci ildə Yadgar Əlkatib tərəfindən köçürülmüş nüsxəsində 27, 1563-cü ildə köçürülmüş nüsxəsində 30, 1516-cı ildə Yarməhəmməd Əlhərəvi tərəfindən köçürülmüş nüsxəsində 35, XVII əsrdə köçürülmüş digər nüsxədə 36 miniatür vardır. Kolleksiyada Nizami «Xəmsə»sinin 7, Əssar Təbrizinin «Mehr və Müştəri» poemasının 2 nüsxəsi vardır. Bu kitablarda Səfəvilər dövrü Azərbaycan miniatür məktəbinə məxsus rəssamların rəsmləri diqqəti cəlb edir. Ə.Caminin XVI əsrdə köçürülmüş «Yusif və Züleyxa» poemasına çəkilmiş 8 miniatür Təbriz miniatür məktəbinə məxsusdur.
Kolleksiyadakı müxtəlif dövrlərə, xüsusilə Qacarlar dövrünə aid mürəqqələr – xəttatlıq və miniatür sənəti albomları da böyük maraq kəsb edir. Burada çoxsaylı orta əsrlər cildçilik sənəti nümunələri də nəfisliyi ilə diqqəti cəlb edir.

Ə.Caminin XVI əsrdə köçürülmüş «Yusif və Züleyxa» poemasına çəkilmiş miniatür

Əssar Təbrizinin 1476-cı ildə köçürülmüş «Mehr və Müştəri» poemasına çəkilmiş miniatür

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.