Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 
20 noyabr 2012

İnstitutumuzun yeni kitabları

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun «Yusif bəy Ustaclu. Divan» adlı kitabı «Elm və təhsil» nəşriyyatında çapdan çıxmışdır. Kitabda bir müddət Təbriz valisi, bir sıra tarixi hadisələrin iştirakçısı olmuş XVI əsr Azərbaycan şairi Yusif bəy Ustaclunun lirik şeirlər toplusu – divanı ilk dəfə olaraq Londonun Britaniya Muzeyi nüsxəsi əsasında müasir əlifba və faksimile ilə təqdim olunur. Nşərə hazırlayan və ön sözün müəllifi filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli ədəbiyyatşünas Əlabbas Müznibin (1883-1938) «Natəvan Xurşidbanu» adlı kitabı ilk dəfə olaraq «Elm və təhsil» nəşriyyatında çapdan çıxmışdır. Nəşrə hazırlayan filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur. Redaktoru filologiya üzrə fəlsəfə doktoru Nailə Mustafayevadır.

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun «Nuxa xanlarının tarixi əhvalatı (əlyazmalar əsasında)» adlı kitabı «Elm və təhsil» nəşriyyatında çapdan çıxmışdır. Kitabda Şəkinin tarixinə dair Əlyazmalar İnstitutunda saxlanan iki əsər ilk dəfə olaraq müasir əlifba və faksimilesi ilə oxuculara təqdim olunur. Transfoneliterasiya edib nəşrə hazırlayan Əlyazmalar İnstitutunun əməkdaşı Nicabət İslamovadır.

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun «Rəşid bəy Əfəndiyevin arxivinin təsviri» adlı kitabı «Elm və təhsil» nəşriyyatında çapdan çıxmışdır. Kitaba görkəmli ədib, mədəniyyət xadimi Rəşid bəy Əfəndiyevin Əlyazmalar İnstitutunda saxlanan arxivinin təsviri daxil edilmişdir. Tərtib edəni Əlyazmalar İnstitunun əməkdaşı Zahidə Hacıyevadır.

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda «Əlyazmalar İnstitutunda saxlanan fransızdilli materiallar kataloqu» adlı kitab «Elm və təhsil» nəşriyyatında çapdan çıxmışdır. Kataloqa AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan bütün fransızdilli materiallar daxil edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun «Həsən bəy Zərdabi arxivinin təsviri» adlı kitabı «Elm və təhsil» nəşriyyatında çapdan çıxmışdır. Kitaba Həsən bəy Zərdabinin Əlyazmalar İnstitutunda saxlanan arxivinin təsviri daxil edilmişdir. Kitabın müəllifi filologiya üzrə elmlər doktoru Cənnət Nağıyeva, redaktoru filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədovadır.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.