Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 


26 sentyabr 2012

Şah İsmayıl Xətainin bir fərmanı tapılıb

 

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yaşayan həmvətənimiz, tədqiqatçı Həsən Cavadi tariximizə dair iki maraqlı materialı bizə göndərmişdir. Bunlardan biri Şah Təhmasibin hakimiyyəti dövründə Səfəvilər dövlətinə gəlmiş Venesiya səyyahı Mikael Memberin qeydlərindən ibarətdir. İtalyan və ingilis dillərində çap edilmiş bu səfərnaməni H.Cavadi fars dilinə tərcümə etmişdir. Əsərdə XVI əsrin ortalarında Səfəvilər dövlətində, Anadolu və Gürcüstanda siyasi, iqtisadi vəziyyət, baş vermiş bəzi tarixi hadisələr, ölkənin mədəniyyəti, yerli adət-ənənələr, Təbriz, Ərdəbil, Marağa şəhərləri barədə maraqlı məlumatlar vardır. Səfərnamənin dilimizə tərcüməsi XVI əsr tariximizin öyrənilməsinə töhfə ola bilər. İkinci material surəti Sankt-Peterburq Şərqşünaslıq İnstitutu kitabxanasından götürülmüş Şah İsmayıl Xətainin bir fərmanıdır. Burada Səfəvi hökmdarı Əhməd ağa Qaramanlu adlı şəxsi ölkənin vilayətlərindən birinə hakim təyin etmişdir. Fərman «Əbülmüzəffər sözümüz» başlığı altında verilibdir. «Əbülmüzəffər» I Şah İsmayılın ləqəbi olmuşdur. Tarixçilər Əbülmüzəffərin Xətai olduğunu yaxşı bilirlər. Fərman mənasında «sözümüz» yazılması çox diqqətəlayiqdir, Şah İsmayılın ana dilinə - Azərbaycan türkcəsinə münasibətini bariz surətdə ifadə edir. Fərmanda əmr mənasında doğma dilimizdəki «buyuruq» sözünün işlədildiyini görürük. Hicri tarixlə 917-ci il rəbiüləvvəlin 7-sində, miladi tarixlə 1511-ci ilin 5 iyununda imzalanmış bu fərmanın dilinin sadəliyi, qeyd etdiyimiz kimi, siyasi terminlərin belə doğma dildə verilməsi diqqəti cəlb edən ən vacib cəhətləndəndir.

Fərmanın mətni

Əbülmüzəffər sözümüz

Əmiri-əzəm əkrəm Musa Dorğut oğlu inayət və şəfqətimiz ümidvar olandan sonra şöylə bilsün kim, iftixarül-əazim vəl-əyan Əhməd ağa Qaramanlu ol tərəfə göndərdük və ol yerin ixtiyarligini kəndunə şəfəqqət etdük. Gərək kim, müşarileyh sözümdən və məsləhətimdən çıxmasun və mütabiət və yardım ona qılsun kim, inşaallah-təala hər nə kim, etmək muradi və istəgi olsa, hasildür. Gündən-günə hər iş vaqe bolsa. Əhməd ağa ittifaqi ilə dərgahi-müəllamizə bildirsünlər kim, hər növ buyruğumuz olsa, əməl etsün, könlümüzə xoş dutub mərhəmətimizə əmrdar olsun.

Təhrirən 7 rəbiüləvvəl, sənə 917
Xətm

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.