Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

11 sentyabr 2012

Əlyazmalar İnstitutu yeni faktlar əldə edib

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu 19-cu əsrdə Abbasqulu ağa Bakıxanovun rəhbərliyi ilə fəaliyyət göstərmiş, amma bu günədək fəaliyyəti barədə geniş məlumatlar açıqlanmayan "Gülüstan" ədəbi məclisi barədə yeni faktlar əldə edib.
İnstitutun direktor əvəzi Paşa Kərimov Trend-ə deyib ki, indiyədək bu ədəbi məclisin heç bir şairinin əsəri üzə çıxarılmayıb. İlk dəfə "Gülüstan" ədəbi məclisinin üzvü olan şair, müəllim Mirzə Möhsün Xəyalinin "Divan"ı aşkarlanaraq çap edilib."İndiyədək Qarabağ, Şirvan, Bakı ədəbi məclisləri barədə məlumatlar məlumdur və onların xeyli şeirləri də var. "Gülüstan" haqqında isə məlumatlar çox azdır. Bu ədəbi məclisdə təmsil olunan şairlər kimi ancaq "Bakıxanov və onların dostları" deyə danışıblar. Əksəriyyət heç bilmir ki, bu ədəbi məclisdə kimlər fəaliyyət göstərib və nələr yazıb. Ona görə də belə məlumatlar tapan kimi onu qısa zaman ərzində dərc edirik", - Kərimov deyib.
O əlavə edib ki, Mirzə Möhsün Xəyali ömrünün son illərində Bakıya gəlib, burada tərcüməçi kimi işləyib və elə Bakıda da vəfat edib. Amma onun həyatında ən maraqlı məqam "Gülüstan" ədəbi məclisinin üzvü olmasıdır.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.