Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

“Azərbaycan ədəbiyyatından seçmələr”

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Qətibə Vaqifqızının transfoneliterasiya və tərtib edərək nəşrə hazırladığı “Əlabbas Müznib. Azərbaycan ədəbiyyatından seçmələr” adlı yeni kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxmışdır. Kitabda repressiya qurbanı olmuş şair, publisist, ədəbiyyatşünas, tərcüməçi, naşir Əlabbas Müznibin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığı haqqında topladığı materiallar təqdim olunur. Müxtəlif dövlərdə yaşamış söz sənətinin ustad ədibləri: Həbibi, Məsihi, Qövsi, M.V.Vidadi, M.P.Vaqif, Aləm, Tuti, Nəbati, Qasım bəy Zakir, Aşıq Pəri, Natəvan, Baki, Məxfi və digər şairlərin tərcümeyi-hal və şeirlərindən örnəklər verilmiş, yeri gəldikcə Müznib tərəfindən aparılmış təhlillər, müqayisələr, elmi-tənqidi münasibətlər öz əksini tapmışdır. Kitab ədəbiyyat tarixi mütəxəssisləri və ədəbiy-yatsevərlər üçün maraqlı olacaq yeni şeir nümunələri və məlumatlarla zəngindir.

“Qacarlar dövrünün titulları”

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Tahirə Həsənzadənin nəşrə hazırladığı “Qacarlar dövrünün titulları” adlı kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxmışdır. Tariximizin bir neçə səhifəsini işıqlandıran bu kitabda XVIII-XIX əsr Əfşarlar və Qacarlar dövrünün türk mənşəli azərbaycanlı şəxsiyyətləri haqqında məlumat verilir, onların yüksək titullarından bəhs olunur. Kitab tarixin həmin dövrünü tədqiq edən alimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.