Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

Azərbaycanın tanınmış dilçi alimlərinin iştirakı ilə “Mifdən yazıya və yaxud gizli Dədə Qorqud” kitabının müzakirəsi keçirildi

12 iyul 2012-ci ildə AMEA Əlyazmalar İnstitutunda Azərbaycanın tanınmış dilçi alimlərinin iştirakı ilə AMEA-nın müxbir üzvü Kamal Abdullayevin “Mifdən yazıya və yaxud gizli Dədə Qorqud” kitabının müzakirəsi keçirildi.

Tədbiri giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru, fil.ü.e.d. Muxtar İmanov açaraq bildirdi ki, K.Abdullayevin bu əsəri dilimizin və poetik təfəkkürümüzün bütün gözəlliyi və möhtəşəmliyini əks etdirən, milli-mədəni varlığımızın təzahürü kimi türk dünyasının əbədi, qiymətsiz xəzinəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarının gizli qatlarından bəhs edən araşdırmalarının yeni məntiqi nəticəsidir. Alim əsərdə mifoloji aləmdən - mədəni dünyaya və oradan da mədəniyyətə doğru tarixi bir inkişafı maraqlı faktlarla təhlil etmişdir.

Kitabın yazılma tarixindən danışan K.Abdullayev bildirdi ki, əsərdə mifoloji dünyadan mədəni dünyaya - sadədən mürəkkəbə, yekrənglikdən çoxrəngliliyə, psixoloji yüklənmələrə doğru gedən bir inkişaf təhlil edilmişdir: “Amma bu keçid prosesini bir nöqtə kimi almaq da doğru deyil. Mif qurtardı, avtomatik şəkildə mədəniyyət başladı. Mif və yazı arasındakı münasibətlər təkcə şifahi və yazılı başlanğıclar arasındakı münasibətlər deyil. Bu münasibətlər insan ağzı ilə insan beyni arasındakı münasibətlərdir. Deyim və düşüncə, seyrçilik və analiz, kortəbii inam və təcrübədən gələn şübhə arasındakı münasibətlər idi”.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, fil.ü.e.d. Kamran Hüseynov, AMEA Əlyazmalar İnstitutunun direktor vəzifəsini icra edən fil.ü.f.d. Paşa Kərimov, AMEA Dilçilik İnstitutunun direktor vəzifəsini icra edən fil.ü.e.d. Fəxrəddin Veysəlli, prof. Tofiq Məlikov, prof. Məhərrəm Qasımlı, fil.ü.e.d. Arif Əmrahoğlu, prof. Möhsüm Nağısoy və fil.ü.f.d. Seyfəddin Rzasoy əsərin əhəmiyyətindən danışdılar. Bildirdilər ki, alim “Kitabi-Dədə Qorqud” eposu əsasında həm elmi, həm də bədii düşüncələrini obyektiv əks etdirmiş, eposun dili ilə bağlı qiymətli və fundamental əhəmiyyətə malik olan əsər yazmışdır.

http://www.science.gov.az

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.