Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

Kişvərinin türkcə divanının Bursa nüsxəsinin əlyazmasının surəti tapılıb

Əlyazmalar İnstitutu XV-XVI əsrlərdə yaşamış görkəmli Azərbaycan şairi Kişvərinin türkcə divanının Bursa nüsxəsinin əlyazmasının surətini əldə etmişdir. İndiyədək şairin divanının bir neçə nüsxəsi barədə məlumatımız var idi. Bunlar AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda, Səmərqənd Elmi-Tədqiqat İnstitutunun kitabxanasında, Daşkənd Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda və Tehranın Parlament Kitabxanasında saxlanılır. Səmərqənd nüsxəsinin Bakı nüsxəsindən köçürüldüyü məlum olmuşdur.
Əlyazmalar İnstitutu Kişvəri əsərlərini 2 dəfə - 1984-cü ildə Bakı və Daşkənd nüsxələri əsasında, 2010-cu ildə isə şairin öz əli ilə köçürülmüş Tehran avtoqraf nüsxəsi əsasında çap etdirmişdir. 126 səhifədən ibarət, bir sıra özünəməxsus cəhətləri ilə diqqəti cəlb edən yeni Bursa nüsxəsinin Kişvəri irsinin tədqiqinə töhfələr verəcəyi şübhə doğurmur.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.