Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

«Xəyalat məcmuəsi» adlı şeirlər toplusunun əlyazması əldə edilib

Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimo-vun vasitəçiliyi ilə XIX əsr Azərbaycan ədəbiyyatının, xüsusilə də Qarabağ ədəbi mühi-tinin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən məlumatlarla zəngin olan Mir Mehdi Xəzaninin 117 vərəqdən ibarət «Xəyalat məcmuəsi» adlı cüngünün – şeirlər toplusunun əlyazması əldə edilib.
Seyid Mir Mehdi Xəzani (təxm. 1819-1894) tarixçi, şair, «Qarabağ tarixi» əsərinin müəllifi kimi tanınır. O, ərəb və fars dillərini mükəmməl bilən axund olmuşdur. «Qarabağ tarixi» əsəri Qarabağ xanlığının yaranmasından Türkmənçay sülh müqaviləsinədək (1828) olan dövrü əhatə edir. M.Müctəhidzadənin «Riyazül-aşiqin» əsərində verdiyi məlumata görə, onun lirik şeirlər toplusu – divanı olmuşdur. Adı çəkilən əlyazmada Xəzaninin yüzdən çox qəzəl, qəsidə, müxəmməs, müstəzad, qoşma, gəraylı və tapmacaları ilə yanaşı, Vaqif, Zakir, Asi və digər Qarabağ şairlərinin şeirləri toplanmışdır.
Məcmuədə xüsusilə Zakirə geniş yer verilmiş, onun bir neçə məlum şeirləri ilə yanaşı, indiyə qədər heç bir yerdə çap olunmamış və külliyyatına daxil edilməmiş 4 qoşması, 1 mənzuməsi, 1 tam, 1 natamam mənzum hekayəti verilmişdir. Topluda Vaqifin də qey¬ri-mətbu şeirinə rast gəlirik.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.