Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

“Anonim Osmanlı təzkirəsi”

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırovun “Anonim Osmanlı təzkirəsi” adlı kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxmışdır. Təqdim olunan nəşr XVI-XVII əsrlər görkəmli Azərbaycan şairi, ədəbiyyatşünası və rəssamı Sadiq bəy Əfşarın əsərlərinin Təbriz əlyazma külliyyatında olan, lakin müəllifi hələ də qaranlıq qalan və şərti olaraq “Anonim Osmanlı təzkirəsi” adlandırdığımız qiymətli mənbənin tam mətnidir. Əsər Osmanlı ədəbiyyatı tarixi ilə məşğul olan alimlər və həmçinin şeirsevər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

***

“Şəmsəddin əs-Səxəvi və onun “Richanül-kəffəti fi bəyəni nubzətin min əxbəri əhlis-suffə” əsəri”

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı Ceyhun Məmmədovun “Şəmsəddin əs-Səxəvi və onun “Richanül-kəffəti fi bəyəni nubzətin min əxbəri əhlis-suffə” əsəri” adlı kitabi “Nafta-Press” nəşriyyatında çapdan çıxmışdır. Əsərdə islamda ilk təlim və təhsil mərkəzi sayılan suffənin meydana gəlməsindən, suffə əhlinin islam elmlərinin inkişafındakı xidmətlərindən, bu dinin yayılmasi və möhkəmlənməsində göstərdikləri əzmkarlıq və fədakarlıqdan geniş bəhs edilir. İslamın yaranma tarixi, ilkin dövrləri və Məhəmməd Peyğəmbərin (s.) səhabələrinin həyatı ilə bağlı kitabda əhatəli məlumat verilir. Əsər islam tarixinin və mədəniyyətinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Kitab dinşünaslar, elmi işçilər, ali məktəb müəllimləri, tələbələr, habelə, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.