Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

Əməkdaşlarımız elmi ezamiyyətdən qayıdıblar

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 4 əməkdaşı Elvin Hüseynli, Şəlalə Hümmətli, Səadət Nəsirova və Briliant Hacıyeva bu ilin mart ayının 4-dən 17-dək Türkiyə Cümhuriyyətinin Konya şəhərində elmi ezamiyyətdə olmuşlar. Türkiyə Cümhuriyyəti Başbakanlıq Türk Birliyi və Kalkınma İdarəsi (TİKA) tərəfindən təşkil olunmuş bu ezamiyyət müddətində Konya Bölgə Yazma Əsərlər Müdirliyində iki həftəlik dərs cədvəli əsasında “Dijitalleştirme ve Arşivleme” ile “Klassik və Dijital Kataloq Kullanımı” üzrə kurs keçən əməkdaşlarımız sonunda kursu müvəffəqiyyətlə bitirərək mütəxəssislik sertifikatı almışlar.
Konya Bölgə Yazma Əsərlər müdirliyi ilə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu arasında təməli hələ 2007-ci ildən qoyulan bu əməkdaşlıqda əsas məqsəd “bir millət-iki dövlət” olan Azərbaycanla Türkiyənin mövcud elmi; mədəni əlaqələrinin daha da gücləndirilməsi və mədəni irsin qorunmasıdır.
Kurs boyu Türkiyə Kültür Bakanlığının qayğısı ilə əhatə olunan əməkdaşlarımızın fəaliyyəti ilə Konya Məram Kaymakamlığı və Məram Bələdiyyəsi də maraqlanmış, onları hörmətlə qəbul etmişlər.
Kursun sonunda Konya Bölgə Yazma Əsərlər Müdirliyində təşkil edilən, Kütləvi İnformasiya vasitələrindən-televiziya kanallarından və müxtəlif qəzetlərdən jurnalistlərin də iştirak etdiyi təntənəli mərasimdə əməkdaşlarımıza sertifikatlar və müxtəlif xatirə hədiyyələri təqdim edilmişdir. Bu hədiyyələr içərisində ən dəyərlisi isə yəqin ki, müqəddəs türbəsi vəlilər şəhəri Konyada ziyarət edilən Mövlana Cəlaləddin Ruminin “Məsnəvi”sinin yeni üçcildliyidir.
Azərbaycanlı əməkdaşların elmi ezamiyyət müddətindəki fəaliyyəti ixtisaslaşma kursunun məqsəd və nəticələri Türkiyə Kütləvi İnformasiya vasitələri (KonTV, ÜnTV, SunTV telekanalları, “Yeni Konya”, “Yeni Meram”, “Merhaba”, “Hakimiyyət”, “Egemen”, “Konya postası”, “Anadolu Manşet”, “Memleket” və b. qəzetlər) tərəfindən işıqlandırılmışdır.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.