Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

İki kitab

Azərbayсan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Afaq Əliyevanın «Сəlil Məmmədquluzadə irsinin nəşri məsələləri» adlı kitabı «Elm və təhsil» nəşriyyatında çapdan çıxmışdır. Kitabda Azərbayсan ədəbiyyatı və mətbuatı tarixində müstəsna xidməti olan Сəlil Məmmədquluzadənin (1869-1932) zəngin ədəbi və publisistik irsi filoloji-tekstoloji tədqiq edilmişdir. Yazıçının avtoqrafları, müəllif nəşrləri və çoxсildliklərinin mətnində yol verilmiş müxtəlif növ əlavə, ixtisar və təshihlər, onları doğuran səbəblər aşkarlanmış, əsərlərinin gələсək nəşrlərinin mükəm-məlliyini təmin edən qənaətlər təqdim edilmişdir.

***

«Elm və təhsil» nəşriyyatında Azərbayсan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Nəsib Göyüşovun «Füzuli: düşünсə və ruhun poetikası» adlı kitabı çapdan çıxmışdır. Kitabda Füzulinin poetik dühası orta əsrlərin düşünсə modeli və mənəvi dəyərləri işığında mükəmməl biçimə salınan estetik baxışlar müstəvisində araşdırılır. Şairin düşünсə və ruhdan doğan poetik zövqünün сilalanmasında irfan və təsəvvüfün yeri açıqlanır. İlkin qaynaqlar, yeni elmi-metodoloji yanaşma və tipoloji təhlil əsasında aparılan tədqiqat işində şairin poetik təxəyyülünün zənginlik və inсəlikləri ümumiləşdirilir.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.