Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

Yeni kitablar

“Elm və təhsil” nəşriyyatında XVI-XVII əsrlərdə yaşamış görkəmli Azərbaycan şairi, alimi və rəssamı Sadiq bəy Əfşarın türkcə məktubları (transfoneliterasiya və fotofaksimile) çapdan çıxmışdır. Sadiq bəyin buradakı türkcə 18 məktubundan onun həyat və yaradıcılığı, dövrü, zəmanəsinin görkəmli şəxsiyyətləri, o cümlədən I Şah Abbasla münasibətləri barədə yeni məlumatlar əldə etmək mümkündür. Nəşrə hazırlayan və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru Paşa Kərimov, redaktoru Arif Ramazanovdur.

“Elm və təhsil” nəşriyyatında Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Möhsün Nağısoylunun “XVI əsr Azərbaycan tərcümə əsəri “Kəvamilüt-təbir” (filoloji-tekstoloji araşdırma, əsərdən parçalar)” adlı kitabı çapdan çıxmışdır. Xızır bin Əbdülhadi Bəvazicinin “Kəvamilüt-təbir” tərcüməsi (XVI əsr) klassik Azərbaycan-türk tərcümə ədəbiyyatının dəyərli nümunələrindən biridir. Mükəmməl yuxuyozma ensiklopediyası olan “Kəvamilüt-təbir”ə həsr olunan monoqrafiyada tərcümə ilə onun farsca orijinalı (Hübeyş Tiflisinin “Kamilüt-təbir” əsəri) müqayisəli şəkildə təhlil olunur və bu yazılı abidənin dil xüsusiyyətləri araşdırılır. Kitabın sonunda əsərdən parçanın transfoneliterasiyası verilir. Kitabın redaktoru filologiya elmləri doktoru Nəsib Göyüşovdur.

“Elm və təhsil” nəşriyyatında Əlyazmalar İnstitutunun əməkdaşı Nailə Süleymanovanın “Azərbaycan hüquq məktəbi və onun nümayəndələri” adlı kitabı çapdan çıxmışdır. Kitaba İslam hüquq məktəbinin tarixi inkişaf mərhələləri və onun nümayəndələrinin elmi irsinə dair məlumatlar daxil edilmişdir. Müəllif əsərdə Azərbaycan hüquq məktəbi haqqında məlumat vermiş və azərbaycanlı hüquq alimlərinin siyahısını tərtib etmişdir. Kitab tədqiqatçılar, hüquq tarixi ilə maraqlananlar və hüquqşünaslıq ixtisası üzrə təhsil alanlar üçün maraqlı mənbə kimi qiymətləndirilə bilər. Elmi redaktoru filologiya elmləri doktoru Kamandar Şərifov, redaktorları Qətibə Quliyeva və Günay İsrafilovadır.

“Elm və təhsil” nəşriyyatında Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədovanın “Nəriman Nərimanov arxivinin təsviri” adlı kitabı çapdan çıxmışdır. Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Əli Məmmədbağıroğludur.

“Elm və təhsil” nəşriyyatında Əlyazmalar İnstitutunun əməkdaşı Zəkiyyə (Babayeva) Əbilovanın “Əbülqasim Mühəqqəq Hillinin “Şəraiul-islam fi məsailil-halal vəl-haram” əsəri Cəfəri məzhəbinin əsas qaynaqlarından biri kimi” adlı kitabı nəşr edilmişdir. Kitabda “Şəraiul-islam fi məsailil-halal vəl-haram” əsərinin əlyazma və çap nüsxələri, eləcə də buraya daxil edilmiş əlli iki kitabın hər biri haqqında məlumat verilmişdir. Kitabın elmi redaktoru akademik Vasim Məmmədəliyevdir.

“Elm və təhsil” nəşriyyatında Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədlinin hazırladığı “Şeyx Fəridəddin Əttar “Təzkirətül-Övliya” adlı kitabı çapdan çıxmışdır. Kitabda XIII əsr böyük sufi şairi Şeyx Fəridəddin Əttarın “Təzkirətül-Övliya” əsərinin türkcəyə tərcüməsinin transfoneliterasiyası və əsər haqqında tədqiqat verilmişdir. Əsərdə Allah dostlarının həyat yolundan, pak əxlaq və kəramətlərindən bəhs edilir. Orta əsr tərcümə sənətimizin ən gözəl örnəklərindən olan bu təzkirə ilk dəfə nəşr olunur. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Azadə Musayevadır.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.