Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

24.6.2014

Bakıda böyük türkmən şairi Məxdumqulu Fəraqinin yeni tapılmış “Divan”ının təqdimat mərasimi keçirilmişdir

Bu il görkəmli türkmən şairi Məxdumqulu Fəraqinin (1724-1807) anadan olmasının 290 ili tamam olur. Beynəlxalq TÜRKSOY təşkilatı 2014-cü ili “Türkmən şairi Məxdumqulu ili” elan etmişdir.
Azərbaycanda da 7 may 2014-cü il tarixində “Dostluq və qardaşlıq carçısı Məxdumqulu Fəraqi“ mövzusunda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu və Türkmənistanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Məxdumqulu Fəraqinin 290 illik yubileyinə həsr edilmiş Beynəlxalq elmi konfrans keçirilmişdi.

Bu günlərdə Ədəbiyyat İnstitutunun əməkdaşı İ.Osmanlı Məxdumqulu Fəraqinin indiyə qədər elmə məlum olmayan bir “Divan”ını üzə çıxarmışdır. Daşbasma üsulu ilə 1888-ci ildə nəşr edilən, 164 səhifədən ibarət bu kitab hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, fil.üzrə elmlər doktoru Paşa Kərimov qısa müddətdə həmin “Divan”dakı şeirlərdən bir neçəsini transliterasiya etmişdir. Şairin əsərlərinin nəşrləri ilə müqayisə zamanı müəyyən olunmuşdur ki, “Divan”dakı şeirlərin əksəri heç yerdə çap olunmamışdır.
İyun ayının 22-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda kitabın elmi ictimaiyyətə təqdimat mərasimi keçirilmişdir.
Akademik İ.Həbibbəyli tədbir iştirakçılarına yeni tapılmış kitab haqqında geniş məlumat vermişdir.

Tədbirdə AMEA-nın müxbir üzvü, AMEA-nın Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibi, Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, Türkmənistanın Azərbaycandakı səfiri T.Komekov və AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı İsmixan Osmanlı çıxış etmişlər.
Akademik İsa Həbibbəylinin təklifi ilə yeni tapılmış “Divan”ın transliterasiya və dilimizə tərcümə edilərək nəşrə hazırlanması nəzərdə tutulmuşdur.
Tədbirdə çıxış edən Türkmənistan Azərbaycandakı səfiri T.Komekov görkəmli şairin Azərbaycanda tapılmış yeni “Divan”ı barəsində ölkəsinə məlumat verdiyini bildirdi. Səfir Türkmənistanın Daşoğuz vilayətində ölkə prezidenti Q.Berdimühəmədovun iştirakı ilə Türkmənistan Həftəsi keçirildiyini və bu tədbirə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun diektor müavini, fil.üzrə elmlər doktoru Paşa Kərimov və AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı İsmixan Osmanlının dəvət olunduğunu bildirdi. Bu tədbirlər çərçivəsində İsmixan Osmanlının hazırladığı Məxdumqulunun şeirlərindən ibarət “Seçilmiş əsərləri”nin təqdimat mərasiminin keçiriləcəyini də bildirdi. Azərbaycanlı alimlər bu ayın 25-29-da tədbirlərdə iştirak edəcəklər.  

 Əlyazmalar İnstitutunun mətbuat xidməti

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.