Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

13.6.2014

Abbasqulu ağa Bakıxanov – 220

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli Azərbaycan ədibi və alimi Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyi münasibəti ilə elmi konfrans keçirilmişdir.
Tədbirdə bir neçə elmi tədqiqat institutunun alimləri iştirak etmişlər. Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli A.Bakıxanov irsinin tədqiqi sahəsində sovet dövrundə görülən işlərdən danışmış, bildirmişdir ki, müstəqillik illərində görkəmli ədibin həyat və yaradıcılığına bir daha nəzər salmağa ehtiyac vardır. Bu baxımdan A.Bakıxanovun 220 illik yubileyinin keçirilməsinə dair Prezident Sərəncamı tarixi əhəmiyyət kəsb edir.
A.Bakıxanovu universal şəxsiyyət adlandıran İ.Həbibbəyli onun müxtəlif elm sahələrinə aid əsərlərinin əhəmiyyətini xüsusi olaraq qeyd etmişdir.


Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü Rafael Hüseynov «Müsəlman şərqində ensiklopedik zəkalı alim tipii və Abbasqulu ağa Bakıxanov» adlı məruzəsində görkəmli ədibin hərtərəfli istedadı, dərin zəkasının müasirləri tərəfindən etiraf edilməsi barədə danışmış, onun hər şeydən öncə vətənpərvər bir ziyalı olduğunu xüsusi olaraq qeyd etmişdir.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov «Abbasqulu ağa Bakıxanovun əlyazma irsi» adlı məruzəsində görkəmli ədibin əsərlərinin Əlyazmalar İnstitutunda və dünyanın müxtəlif kitabxanalarında, arxivlərində saxlanılan əlyazmaları barədə məlumat vermişdir. P.Kərimov A.Bakıxanov irsini tədqiqatçılara, oxuculara çatdırılmasında böyük əmək sərf etmiş Məmmədağa Sultanov, Ənvər Əhmədov kimi alimlərin xidmətini nəzərə çatdırmışdır.


Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov «Azər-baycan tarixşünaslığının inkişafında Abbasqulu ağa Bakıxanov səhifəsi» adlı məruzəsində A.Bakıxanovun tarixşünaslıq sahəsindəki fəaliyyəti, xüsusilə də «Gülüs-tani-İrəm» əsərinin tarix elminin inkişafındakı rolu barədə danışmışdır.
Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətova «Abbasqulu ağa Bakıxanovun «Kitabi-Əsgəriyyə» əsərinin məzmununa yeni baxış» adlı məruzəsində ədibin bu əsərinə dair yeni araşdırmalar barədə məlumat vermişdir.
Konfransda yekun sözü ilə çıxış edən Əlyazmalar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Teymur Kərimli klassiklərimizin irsinin tədqiqinə, nəşrinə yenidən qayıtmağın vacibliyindən danışmış, bu sahədə Respublika Prezidentinin göstərdiyi qayğını minnətdarlıqla qeyd etmişdir.
Tədbir iştirakçıları A.Bakıxanov yubileyi münasibəti ilə Əlyazmalar İnstitutunda təşkil edilmiş sərgiyə baxmışlar.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.