Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

11.6.2014

Əlyazmalar İnstitutunun əməkdaşı, tarix üzrə elmlər doktoru Fərid Urxan oğlu Ələkbərlinin Vatikan arxivlərində apardığı araşdırmalar barədə qısa məlumat

Bu il t.e.d. Fərid Ələkbərlinin Vatikanın Məxfi Arxivinə və Apostol Kitabxanasına uzunmüddətli ezamiyyətləri (2011-2014) başa çatmışdır. Ezamiyyətlərin məqsədi Vatikan Arxivlərində Azərbaycana aid tarixi sənədlərin aşkar edilməsi və ilkin araşdırmaya cəlb olunması idi.
Vatikan arxivlərində Azərbaycan tarixi ilə bağlı qiymətli mənbələr mühafizə olunur. Son zamanlar Azərbaycan hökuməti və Heydər Əliyev Fondu tərəfindən Azərbaycanla Vatikan arasında hərtərəfli mədəni əməkdaşlıq inkişaf etməkdədir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva dəfələrlə Vatikan rəhbərliyi ilə görüşmüş və tərəflər birgə layihələr üzrə razılığa gəlmişlər. Bu əməkdaşlığın nəticəsi olaraq, Fərid Ələkbərli 2011-2014 illərdə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin tapşırığı ilə Vatikanda ezamiyyətlərdə olmuşdur. Səfərlərin əsas məqsədi Vatikan Məxfi Arxivlərində Azərbaycana aid tarixi sənədlərin aşkar edilməsi və ilkin araşdırmaya cəlb olunması idi.
Aparılmış araşdırmalar zamanı Vatikan Məxfi Arxivlərində 700-dən çox sənəd araşdırılmış və Azərbaycan tarixinə aid 85 sənəd aşkar olunmuşdur. Bu sənədlər italyan, latın, yunan, fransız, ərəb, fars, türk, monqol, erməni və sair dillərdədir. Tədqiqatlar nəticəsində aşkar edilmiş sənədlər X-XX əsrləri, yəni Azərbaycan tarixinin minillik dövrünü əhatə edir. Aşkar edilmiş sənədlərin arasında orta əsr Azərbaycan hökmdarlarının (Elxani, Səfəvi, Əfşar, Qacar və s.) Roma Papaları ilə məxfi yazışmalarını əks etdirən məktublar vardır. Başqa sənədlər Vatikan kilsəsinin Azərbaycanda apardığı dini fəaliyyət və təbliğatla bağlıdır.
Vatikan Apostol Kitabxanasında da araşdırmalar aparılmışdır. Orada 400-dən çox qədim əlyazma əsəri tədqiqata cəlb olunmuşdur. Bunun nəticəsində, həmin kitabxanada orta əsr Azərbaycan müəlliflərinə məxsus 68 qədim əlyazma əsəri və çoxlu sayda xəritə aşkar edilmisdir. Bun-lar Azərbaycan (türk), fars, ərəb dillərində olan orta əsr əlyazma kitablarıdır. Onların arasında məşhur Azərbaycan müəlliflərinin (Nizami, Füzuli, Nəsimi, Şəbüstəri, Sührəvərdi və b.) eyni zamanda indiyə qədər adı bizə məlum olmayan orta əsr müəlliflərinin 11 əsəri vardır.
Vatikana son ezamiyyət müddətində (2013-2014) Azərbaycan tarixinə aid orta əsr Avropa və Şərq xəritələri aşkar edilmişdir. XV-XVIII əsrləri əhatə edən bu coğrafi xəritələrinin əhəmiyyəti ondan ibarətdir ki, həmin xəritələr qədimdə və orta əsrlər zamanı “Azərbaycan” adlı ölkənin mövcudluğunu təsdiq edir, “Azərbaycan”, “Qarabağ”, “Midiya”, “Şirvan” və “Arran” kimi coğrafi ərazilərin sərhədlərini müəyyən edir. Burada erməni alimlərinin uydurmalarına rəğmən, Bakı, Şamaxı, Gəncə, Təbriz, Qəbələ, Qarabağ, İrəvan və Qars şəhərinə qədər uzanan ərazi Azərbaycan torpaqları kimi göstərilir. Bəzi xəritələrdə Xəzər Dənizi “Bakı Dənizi” kimi qeyd olunur.
2013-2014 illərdə Vatikan Apostol Kitabxanasında araşdırmalar davam etdirilmişdir. Bu zaman anadilli (türkdilli) əsərlərin tədqiqinə xüsusi fikir verilmişdir. İlk dəfə olaraq 100-dən çox bu vaxta qədər qeydə alınmamış və təsvir olunmamış türkdilli, o cümlədən, azərbaycandilli orta əsr əlyazması aşkar olunmuşdur, onlar ilkin tədqiqat və təsvir edilmişdir.
Aşkar olunmuş əlyazmaların arasında nəzm və nəsr əsərləri, Azərbaycan tarixini işıqlandıran, Eldənizlər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər və sair Azərbaycan dövlətlərinin tarixindən xəbər verən əlyazmalar vardır.
Aşkar olunmuş əlyazmaların kataloqunun hazırlanması üzrə Vatikan Apostol Kitabxanası ilə əməkdaşlıq qurulmuşdur və kataloqlar üçün məlumat toplanmışdır. Hal-hazırda iki kataloq üzərində iş davam etdirilir: Vatikan Apostol kitabxanasının Azərbaycan Əlyazmaları Kataloqu və Vatikan Apostol kitabxanasında aşkar etdiyimiz yeni türkdilli əlyazmaların kataloqu.
Tədqiqatlar zamanı aşkar edilmiş Azərbaycan əlyazmalarının rəqəmləşdirilməsini təmin etmək üçün bu əlyazmaların siyahısı tərtib edilərək Heydər Əliyev Fonduna və Vatikan Apostol Kitabxanasının müdiriyyətinə təqdim edilmişdir. Əlyazmaların yüksək keyfiyyətli rəqəmsal surətlərinin hazırlanması onların gələcək nəsillər üçün qorunub saxlanması üçün daha böyük zəmanət yaradır. Heydər Əliyev Fondunun tapşırığı ilə Azərbaycan əlyazmalarının yüksək keyfiyyətli rəqəmsal surətləri artıq Vatikan tərəfindən hazırlanmışdır.
Aşkar olunmuş Azərbaycan əlyazmalarının Vatikan tərəfindən bərpa olması üçün Heydər Əliyev Fondu tərəfindən danışıqlar aparılmış, razılıq əldə edilmiş, maliyyə ayrılmış, və əlyazmalar artıq bərpa olunmuşdur.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.