Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 
27.5.2014

Mirzə Şəfi Vazehin 220 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib

27 may 2014-cü il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin anadan olmasının 220 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli bildirdi ki, qədim Gəncə torpağının dahi Nizamidən sonra ədəbiyyatımıza bəxş etdiyi görkəmli şairlərdən biri də Mirzə Şəfi Vazehdir. O, Şərqin orta əsr lirikasını Qərbdə səsləndirən şair sənətkar olmuşdur.
Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, f.ü.e.d. Fəxrəddin Veysəlli Almaniyada Fridrix Bodenştedtin şəxsi arxivi, əlyazmaları üzərində çalışması barədə məlumat verərək, orada Vazehin şeirlər toplusunun aşkar edilmədiyini bildirdi. Vazehin irsini tapmaq üçün Almaniyada və digər ölkələrdə axtarışlar aparmağa ehtiyac olduğunu söylədi.


Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun şöbə müdiri, pedaqogika üzrə elmlər doktoru Piralı Əliyev öz çıxışında Mirzə Şəfini təkcə şair deyil, görkəmli pedaqoq, xəttat kimi səciyyələndirdi.
Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, f.ü.e.d. Gülər Əlibəyli öz çıxışında M.Ş.Vazeh yaradıcılığının XIX əsrdə Polşada dəfələrlə nəşr edilərək yayılması barədə məlumat verdi.
Mirzə Şəfinin həyat və yaradıcılığından, tədqiqi tarixindən danışan Ədəbiyyat İnstitutunun şöbə müdiri, f.ü.e.d., professor Vaqif Arzumanlı bildirdi ki, Avropada 1850-1924-cü ilə qədər Mirzə Şəfi nəğmələri 300 dəfədən çox çap olunmuşdur. Vazehin əsərlərinin bütün dünyada yayılmasında F.Bodenştedtin xidmətləri danılmazdır. Dünyanın bir çox dillərində tərcümə olunmuş Mirzə Şəfi şeirlərinin tədqiqata ehtiyacı var.


Əlyazmalar İnstiutunun elmi işçisi Arif Ramazanov çıxış edərək hələ sovetlər dönə-mində (1980-ci illərdə) M.Şəfinin qəbrinin araşdırılması barədə sessiya iştirakçılarına məlumat verdi.
Sessiyanın sonunda tədbir iştirakçıları yekun bir təklif qəbul etdilər. Təklifdə bildirilir:
AMEA Rəyasət heyətindən xahiş edilsin ki, Mirzə Şəfi şəxsiyyəti, onun itmiş ədəbi irsinin orijinalları haqqında dolğun məlumat əldə etmək üçün dilçi, ədəbiyyatşünas və tarixçi mütəxəssislərdən ibarət xüsusi bir heyət yaradılsın, məsələnin dərindən araşdırılması məqsədi ilə heyət üzvlərinin Almaniya və Polşaya uzun müddətli ezamiyyətləri təşkil edilsin. Əldə olunacaq məlumatlar təhlil olunaraq elmi ictimaiyyətə çatdırılsın.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.