Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

19.5.2014

2013-cü ildə Əlyazmalar İnstitutunun fəaliyyəti haqqında

2013-cü ildə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu «Azərbaycan ədəbi və elmi-ictimai fikrinin bizə gəlib çatmış maddi nümunələrinin (türkdilli, farsdilli, ərəbdilli əlyazmaların, daşbasma kitablarının, tarixi-arxeoqrafik sənədlərin, şəxsi arxivlərin) toplanması, sistemə salınması, kataloqlaşdırılması, qorunması, tədqiqi, nəşrə hazırlanması və təbliği istiqamətində «Mətnşünaslıq, elmi mətnlərin tərtibi, ilkin mənbələrin tədqiqi və nəşri», «Mənbəşünaslıq, tarixi mənbələrin tədqiqi və nəşri», «Yazılı materialların dezinfeksiya və konservasiyası» və «Stasionar və səyyar sərgilərin təşkili» adlı 3 problem üzərində işləmişlər.
İl ərzində institutda 25 kitab nəşr edilmişdir. Bunların içində Paşa Kərimovun «Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı» (Bakı: «Elm və təhsil», 2013, 159 s.), Azadə Musabəylinin «Azərbaycan ədəbiyyatının əlyazma qaynaqları» (I cild. Bakı: «Elm və təhsil», 2013, 400 s.), Zəkiyyə Əbilovanın «Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badkubinin müasir Azərbaycan islamşünaslığında yeri (Bakı: «Elm və təhsil», 2013, 388 s.), monoqrafiyaları, müxtəlif yazılı abidələrimizin nəşri və tədqiqinə həsr edilmiş kitablar böyük maraq doğurur. Bu il Əlyazmalar İnstitutu Heydər Əliyev Fondunun yardımı ilə «Muğam haqqında əlyazmalar toplusu» (Bakı, 2013, 281 s.) adlı kitab nəşr etdirmişdir. Bu kitabda muğam tarixinə dair Əlyazmalar İnstiutunda saxlanan əsərlərin tərcümələri toplanmışdır. İnstitutda tibb tarixinə dair nəşr edilmiş Zəkəriyyə Razinin «Müxtəsər tibb kitabı. Bir saat ərzində sağalma» (Bakı: «Elm və təhsil», 2013, 97 s.), Mir Məhəmməd Möminin «Töhfeyi-Möminin» (Bakı: «Elm və təhsil», 2013, 272 s.) kitabları da diqqətəlayiqdir. Hesabat ilində çap edilmiş Nadir Mirzə Qacarın kulinariyaya aid «Karnamə» kitabı (Bakı: «Elm və təhsil», 2013, 209 s.) milli mədəniyyətimizin bütün sahələri kimi, xörəklərimizə də sahib çıxmaq istəyənlərə tutarlı cavabdır. 2013-cü ildə Əlyazmalar İnstitutu əlyazma halında olan bir sıra yazılı abidələrimizi, o cümlədən, XVII əsr Azərbaycan şairi Məczub Təbrizi divanını ilk dəfə oxuculara təqdim etmiş, XVII əsr sənətkarı Saib Təbrizinin türkcə şeirlərinin elmi-tənqidi mətnini tərtib və nəşr etdirmişlər.

İnstitutun fəaliyyətini əks etdirən slaydı buradan izləyə bilərsiniz.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.