Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

8.5.2014

“Dostluq və qardaşlıq carçısı Məhtimqulu Fəraqi“ mövzusunda beynəlxalq elmi konfrans keçirilib

7 may 2014cü il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük türkmən şairi Məhtimqulu Fəraqinin 290 illik yubileyinə həsr edilmiş “Dostluq və qardaşlıq carçısı Məhtimqulu Fəraqi“ mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.
Tədbir başlamazdan öncə institutun dəhlizində türkmən şairinə dair kitablar, o cümlədən Məhtimqulunun bu günlərdə Azərbaycan dilində çapdan çıxmış iri həcmli əsərlər toplusu sərgiləndi.
Konfransı giriş sözü ilə açan AMEAnın vitseprezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Məhtimqulunun yubileyi ilə ümummilli lider Heydər Əliyevin doğum gününün eyni günlərdə qeyd olunduğunu əlamətdar hal kimi qiymətləndirdi. Bu iki şəxsiyyətin öz xalqlarının həyatında olduqca böyük rol oynadığını qeyd etdi. Əgər Məhtimqulu şeirləri ilə türkmən xalqını birləşdirib onun bir dövlət yaratmasına yardım etmişsə, Heydər Əliyev də Azərbaycanı bir ölkə kimi dağılmaqdan xilas edib, dövlətini qurmuşdur.
Türkmənistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Toylu Komekov söz alaraq AMEA və səfirlik əməkdaşlarına türkmən xalqının böyük oğlu Məhtimqulunun yubileyi münasibəti ilə toplantıda iştirak etdikləri üçün təşəkkür etdi. T.Komekov Məhtimqulu divanının Əlyazmalar İnstitutunda saxlanan iki nüsxəsinin onlara təqdim edildiyinə görə Türkmənistan hökuməti adından müəssisənin rəhbərliyinə minnətdarlığını bildirdi.


İranın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Möhsün Pakayin onu bu tədbirə dəvət edənlərə təşəkkürünü bildirdi, məlumat verdi ki, Məhtimqulunun məzarı İran ərazisindədir və bu yer orada yaşayan müxtəlif xalqların nümayəndələri üçün ziyarətgaha çevrilmişdir.
Türkmənistan Elmlər Akademiyası Əlyazmalar İnstitutunun əməkdaşları Atamurad Səfərmuradov və Meylis Cabbarov şairin əsərlərinin əlyazma nüsxələri və yaradıcılığındakı vətənpərvərlik motivləri barədə çıxış etdilər.
Ədəbiyyat İnstitutunun dissertantı İsmixan Osmanlı çıxışında Məhtimqulunun yeni iri həcmli əsərlər toplusunu tərtib etdiyi barədə məlumat verdi.
Professor Məmməd Əliyev Məhtimqulu yaradıcılığının şifahi xalq ədəbiyyatı ilə əlaqələrindən, onun poeziyasının Azərbaycan şairi Vaqifin yaradıcılığı ilə oxşar cəhətlərindən danışdı.
Yekun sözü ilə çıxış edən AMEA HİEBin akademikkatibi, Əlyazmalar İnstitutunun direktoru, müxbir üzv Teymur Kərimli bütün toplantı iştirakçılarına minnətdarlığını bildirdi. Böyük türkmən şairi Məhtimqulunun yubileyi ilə bağlı tədbirlərin davam edəcəyi barədə məlumat verdi.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.