Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

31.3.2014

1918-ci il 31 Mart soyqırımı qurbanları anılıb

31 mart 2014-cü il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 1918-ci il 31 Mart soyqırımı qurbanlarının anım mərasimi keçirilmişdir.
İclası giriş sözü ilə açan Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filo-logiya elmləri doktoru Paşa Kərimov 1918-ci ildə Azərbaycan xalqına qarşı bolşeviklərlə erməni daşnaklarının birgə həyata keçirdikləri soyqırımın geniş miqyaslı olduğunu söyləmiş, əsas məqsədin azərbaycanlıların məhv edilərək sərvətlərmizə və torpaqlarımıza sahib çıxmaqdan ibarət olduğu bildirilmişdir.


P.Kərimov erməni cinayətlərindən Azərbaycanın mərd övladlarının düşmənə qarşı mübarizəsindən bəhs edən əlyazma materialları barədə danışmış, bunların bir çoxunu Əlyazmalar İnstitutunun əməkdaşları tərəfindən çap etdirildiyini diqqətə çatdırmışdır.
Elmi işçi Şöhrət Səlimbəyli mart hadisələrini Azərbaycan xalqının başına gətirilən çoxsaylı faciələrdən yalnız biri olduğunu nəzərə çatdırmış, şəxsən şahidi olduğu Qarabağ müharibəsi barədə xatirələrini danışmışdır.
Əlyazmalar İnstitutunun əməkdaşları, filologiya elmləri doktoru Tərlan Quliyev, filol. ü.f. doktorları Əli Əliyev, Əkrəm Bağırov və elmi işçi Aqil Gəncəli mart faciəsinin xalqımızın qan yaddaşına yazıldığını, bu hadisələri heç vaxt yaddan çıxartmaq hüququmuzun olmadığını söyləmişlər.
Mərasim iştirakçıları faciə qurbanlarının ruhuna dualar oxumuş, onları bir anlıq sükutla yad etmişlər.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.