Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 
25.2.2014

Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Fevralın 25-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, filol. ü.e.d. Paşa Kərimov demişdir ki, üzərindən illər keçməyinə baxmayaraq, xalqımız Xocalı soyqırımını unutmayacaqdır. Ən böyük borcumuz Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əlimizdən gələni əsirgəməməkdir.
Əlyazmalar İnstitutunun elmi işçisi, Qarabağ Müharibəsi veteranı, jurnalist Şöhrət Səlimbəyli faciə baş verən zaman Xocalıda gördüyü hadisələr barədə məlumat vermişdir. Demişdir ki, onun bu yaxınlarda çapdan çıxmış «Terrorizm və qan çilənən torpaqlar» kitabında bu hadisələrə, erməni faşizminə dair təkzibedilməz faktlar toplanıb.
Filologiya üzrə fəlsəfə doktorları Mehri Məmmədova, Raqub Kərimov, Əkrəm Bağırov, elmi işçi Aqil Gəncəli, böyük laborant Elvin Hüseynli Xocalı soyqırımı, onun dünyaya çatdırılması zərurəti barədə danışmışlar.
Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarını bir dəqiqəlik sükutla yad etmişlər.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.