Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

20.2.2014

«Nizami və Nəvai» mövzusunda seminar keçirilib

20 fevral 2014cü il tarixində AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda «Nizami və Nəvai» mövzusunda seminar keçirilmişdir.
Seminarı giriş sözü ilə açan AMEAnın vitseprezidenti, akademik İsa Həbibbəyli Azərbaycan və özbək xalqlarını birləşdirən ortaq dəyərlərdən, müstəqillik dövründə bütün sahələrdə, o cümlədən elm sahəsində əlaqələrin genişləndirilməsi zərurətindən danışmışdır. Bildirmişdir ki, yeni dövrdə ortaq tədbirimizin «Nizami və Nəvai» mövzusunda olması da rəmzi məna daşıyır. Bu iki böyük şəxsiyyət Azərbaycanözbək ədəbi əlaqələrinin təməlində duran simalardır.
Özbəkistanın Azərbaycandakı səfirinin müşaviri Cahangir Əminov səfir və səfirlik əməkdaşları adından seminar iştirakçılarını salamlamış, Azərbaycanla Özbəkistan arasında iqtisadiyyat, ticarət, mədəniyyət sahələrində artan əlaqələrin vəziyyəti barədə məlumat verimşdir.

AMEAnın Ədəbiyyat İnstiutunun şöbə müdiri, professor Vaqif Arzumanlı çıxışında bildirmişdir ki, iki xalq arasında, ümumiyyətlə türk xalqları arasında əlaqələr indiki ilə müqayisədə xeyli intensivləşdirilməlidir. Azərbaycanda vaxtilə bu sahədə bir çox işlər görülmüşdür. Təsadüfi deyil ki, Vahid Zahidov, Vahid Abdullayev kimi görkəmli özbək alimləri Azərbaycanda dissertasiya müdafiə etmişlər.
Özbəkistanın Azərbaycandakı səfirliyinin konsulu tədbir iştirakçılarını ölkəsi adından səmimiqəlbdən salamladıqdan sonra Nizaminin özbək ədəbiyyatının inkişafındakı böyük rolundan, Nəvainin Azərbaycandakı nüfuzundan danışmışdır.

Professor Mehdi Kazımov çıxışında 2010cu ildə Səmərqənddə «Nizami və Nəvai» mövzusunda keçirilmiş beynəlxalq konfrans barədə məlumat verdi. Bildirdi ki, dahi Azərbaycan şairinin əsərlərinə yüzlərlə nəzirələr yazılmışdır. Lakin bunların içində Ə.Nəvainin Nizamiyə nəzirə olaraq yazdığı 5 poema özünün bədii dəyəri, türk xalqları ədəbiyyatının inkişafında oynadığı rolu ilə seçilir. İki xalqın ədəbi əlaqələri barədə çox yazılmışdır. Yeni tədqiqatları daha da dərinləşdirmək, tipoloji təhlillərə xüsusi diqqət yetirmək lazımdır.
Əlyazmalar İnstiutunun şöbə müdiri, professor Möhsün Nağısoylu çıxışında söyləmişdir ki, İnstitutun əlyazma xəzinəsi iki xalqın dostluq və qardaşlığını sübut edən faktlarla zəngindir. Burada Nizaminin 25, Nəvainin isə 61 əlyazması saxlanılır. Nəvai və Füzulinin ortaq divanı – lirik şeirlər toplusu çox böyük maraq doğurur. Əlyazmalar İnstitutunun keçmiş əməkdaşı, mərhum professor Cənnət Nağıyeva bu əsərləri ətraflı araşdırmışdır.

Professor Məmməd Əliyev çıxışında bildirmişdir ki, Nəvai əsərlərinin tədqiqi ötən əsrin 40cı illərindən intensivləşmişdir. Professor Qəzənfər Əliyev özünün monoqrafiyasında Nəvainin Nizamidən nə dərəcədə bəhrələndiyini ətraflı göstərmişdir. Almaz Ülvi də iki xalqın ədəbi əlaqələrinə bir neçə kitab həsr etmişdir.
Əlyazmalar İnstitutunun şöbə müdiri, professor Tərlan Quliyev Ə.Nəvainin əruza həsr etdiyi «Mizanülövzan» əsərinin bütün Şərqdə, o cümlədən, Azərbaycanda da doğurduğu əkssəda barədə danışmışdır. Bildirmişdir ki, əgər Nəvai bədii əsərlərində Nizamidən təsirlənmişdirsə, elmi əsərlərində dahi Azərbaycan alimi N.Tusidən bəhrələnmişdir.
Tədbirin sonunda çıxış edən Əlyazmalar İnstitutunun direktoru, professor, AMEAnın müxbir üzvü Teymur Kərimli Nizaminin də, Nəvainin də vətənpərvər sənətkar olduqlarını xüsusi olaraq qeyd etmişdir. Məlumat vermişdir ki, bu yaxınlarda Strasburqda keçirilən beynəlxalq tədbirdə Nizaminin Azərbaycan şairi olduğunu bir çox dünya alimləri etiraf etmişlər. T.Kərimli bundan sonra da Əlyazmalar İnstitutunda Azərbaycanözbək əlaqələrinə həsr edilmiş tədbirlərin keçiriləcəyini söyləmişdir.

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun Mətbuat Xidməti

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.