Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

13.2.2014

Əlyazmalar İnstitutunun yeni direktoru
Teymur Kərimli kollektivə təqdim olunub

Fevral ayının 12-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun növbəti elmi şurası keçirilmişdir.
İclasda iştirak edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə institutun yeni təyin edilmiş direktoru, filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Teymur Kərimlini elmi şura üzvlərinə təqdim etmişdir. O, kollektivin bundan sonra da elmi axtarışlarda uğur qazanacağına ümid bəslədiyini söyləmişdir.
İclasda iştirak edən elmi şura üzvlərindən filologiya üzrə fəlsəfə doktoru M.Məmmədova, filologiya üzrə elmlər doktorları M.Nağısoylu, K.Şərifov və başqaları çıxış etmişlər. Onlar bundan sonra da Azərbaycanın milli-mənəvi xəzinəsi olan əlyazmaların qorunması, tədqiqi və nəşri üçün əllərindən gələni edəcəklərini bildirmişlər.
İclasda iştirak edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də çıxış etmiş, kollektivə yeni yaradıcılıq uğurları diləmişdir.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.