Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

23.12.2013

AMEA HİEB-in illik hesabatlarının dinlənilməsi davam edir

23 dekabr 2013-cü ildə Hüseyn Cavidin Ev Muzeyində AMEA HİEB-in illik hesabatlarının dinlənilməsi davam etmişdir. Bu dəfəki iclasda humanitar elm sahələrinə aid institutların rəhbərləri, akademik və müxçbir üzvlər hesabatlarını oxumuşlar. Arxeologiya və Etnoqrafiya İnstitutu, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, M.Füzuli adına Əlyazmalar İnstitutu, Folklor İnstitutu, Hüseyn Cavid Muzeyi və Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorları çıxışlarında il ərzində görülmüş işlər barəsində məlumat vermişlər. Müzakirələrdə bildirilmişdir ki, HİEB tərkibinə daxil olan institutların 2013-cü ildə gördüyü işlər qənaətbəxşdir, elmimizin müxtəlif istiqamətlərdə inkişafı baxımından diqqətəlayiqdir.

***

Paşa KƏRİMOV,
Əlyazmalar İnstitutunun direktor əvəzi,
filologiya üzrə elmlər doktoru

AMEA M.FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN
2013-CÜ İLDƏKİ FƏALİYYƏTİ HAQQINDA HESABATININ
X Ü L A S Ə S İ

Hesabat ilində H.Əliyevin 90 illiyi, Xocalı faciəsi qurbanlarının yad edilməsi, Məhsəti Gəncəvinin 900 illiyi, F.Köçərlinin 150 illiyi, M.S.Orldubadinin 140 illiyi ilə bağlı tədbirlər keçirilmiş, kitab və məqalələr nəşr edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»na əsasən Əlyazmalar İnstitutunda saxlanan əlyazmalardan istifadəni asanlaşdırmaq məqsədi ilə «Əlyazmaların elektron kitabxanası»nın və internet portalının yaradılması ilə bağlı məsələlər HİEB-də müzakirə olunub. P.Kərimov bu mövzuda bölmədə çıxış edib.
2013-cü ildə İnstitut 6 elmi-nəzəri və elmi-praktiki mövzu ətrafında 54 işin müvafiq mərhələlərini həyata keçirmişdir.
«Mətnşünaslıq, elmi-tənqidi mətnlərin tərtibi, ilkin mənbələrin tədqiqi və nəşri» adlı I problemə daxil olan I Mövzu: «Şərq əlyazmalarının elmi təsviri və kataloqlaşdırılması» mövzusu üzrə 5 elmi tədqiqat işinin 8 mərhələsi illik planda nəzərdə tutulan həcmdə (26m.v.) yerinə yetirilmişdir.
1-ci iş: «Türkdilli əlyazmaların elmi təsviri və kataloqlaşdırılması» üzrə Türkiyədə köçürülmüş, hazırda Bakıda saxlanan əlyazmalar (1m.v.) və türkdilli dini-fəlsəfi yazılı abidələr (2 m.v.) elmi təsvir edilmişdir. Osmanlı yazılı abidələrinin ətraflı araşdırılması türk ədəbiyyatına, Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin öyrənilməsinə töhfədir.
Türkdilli məcmuələr (4m.v.), farsdilli (3m.v.), ərəbdilli (3m.v.) əlyazmalar planda nəzərdə tutulan həcmdə təsvir edilmişdir.
İmaddədin Nəsimi biblioqrafiyası tərtib və nəşr edilmiş (4s.v.), Əbdülqəni Nuxəvi kitabxanası kataloqunun 2-ci cildi (4m.v.) üçün təsvirlər edilmişdir.
Mövzuya dair «Türk əlyazmaları kataloqu, I cild. Folklor və müəllifsiz əlyazmalar» (285s.) kitabı çapdan çıxmışdır. Farsdilli tarix əlyazmalar kataloqu,. Ərəbdilli əlyazmaların kataloqunun 4-cü cildi çapa hazır vəziyyətdədir.
«Azərbaycan və digər İslam Şərqi xalqlarının yazılı-ədəbi abidədərinin tədqiq və nəşrə hazırlanması» adlı 2-ci mövzu üzrə 21 elmi-tədqiqat işinin 22 mərhələsi illik planda nəzərdə tutulan həcmdə (75,5m.v.) yerinə yetirilmişdir. Mövzuya dair aşağıdakı işlər tamamlanaraq kitab halında nəşr edilmişdr.
Kərimoıv Paşa. Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı. Bakı: «Elm və təhsil», 2013, 159s.
Hüseyni Məhəmmədəli. Saib Təbrizi. Türkcə şeirlərinin elmi tənqidi mətni. Bakı: «Elm və təhsil», 2013, 100s.
Musabəyli Azadə. Azərbaycan ədəbiyyatının əlyazma qaynaqları (Tekstoloji-filoloji araşdırmalar). I cild. Bakı: «Elm və təhsil», 2013, 400s.
Məcidova Şəhla. Əli ibn Əbu Talibin divanında əxlaqi-didaktik motivlər. Bakı: «Elm və təhsil», 2012, 206s.
Məcidi Əbülrza Balazadə. Firdovsinin «Şahnamə» əsərindəki Siyavuş və Südabə surətlərinin müqayisəli-tipoloji təhlili, Bakı: «MBM», 2013, 128s.
Əhmədi Müqəddəm Əliəsgər. Əsirəddin Əxsikəti divanının filoloji testoloji tədqiqi. Bakı: «MBM», 2012, 270s.
Hüseyn Əfəndi Qayıbov. Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir. IV cild. Bakı: «Elm və təhsil», 2013, 368s.
Əliabbas Müznib. Türkcə qəzəllər. Bakı: «Elm və təhsil», 2013, 194s.
2-ci mövzu üzrə 6-cı iş: XVI əsr tərcümə abidəsi «Şühədənamə»nin nəşrə hazırlanması 50 m.v.; 18-ci iş: Sədi Sani Qarabaği külliyyatının tədqiqi və nəşrə hazırlanması 20 m.v. həcmində vaxtından əvvəl; 17-ci işin mərhələləri: Saib Təbrizinin Azərbaycan dilindəki şeirlərinin elmi-tənqidi mətninin tərtibi 3 m.v.; Əsri Təbrizinin Azərbaycan dilindəki şeirlərinin transfoneliterasiyası 1 m.v. həcmində vaxtında yerinə yetirilmişdir.
«Mətnşünaslıq, tarixi mənbələrin tədqiqi və nəşri» adlı 2-ci problem üzrə 2 mövzu ətrafında 21 işin mərhələləri işlənilmişdir. Planda 3-cü mövzu kimi göstərilmiş «Azərbaycan və digər islam Şərqi xalqlarının tarixinə, elm və mədəniyyət tarixinə aid əlyazmaların, arxeoqrafik sənədlərin, arxiv materiallarının və daşbasma kitablarının tədqiqi və nəşrə hazırlanması» mövzusuna daxil olan işlər planda nəzərdə tutulduğu kimi, cəmi 66,5 m.v. həcmində icra olunmuşdur.
Mövzuya daxil olan aşağıdakı 28-ci işin 1-ci mərhələsi tamamlanaraq kitab halında çapdan çıxmışdır:
Mir Məhəmməd Mömin. Töhfeyi-Mömin. I cild. Bakı: «Elm və təhsil», 2013, 272s.
Mövzuya dair aşağıdakı kitab da nəşr edilmişdir.
Əbu Məhəmməd ibn Zəkəriyyə ibn Yəhya ər-Razi. Müxtəsər tibb kitabı. Bir saat ərzində sağalma. Bakı: «Elm və təhsil», 2013, 97s.
Əlyazmalar İnstitutunda son illər tarix, tibb, əczaçılış, musiqişünaslıq, paleoqrafiya və təzkirəçiliyə dair yazılı abidələrin tədiqiqinə və nəşrə hazırlanmasına xüsusi fikir verilir. Hesabat ilində indiyədək araşdırmadan kənarda qalmış kulinariya tariximizə dair surətinin Tehranın Məclis Kitabxanasından aldığımız Nadir Mirzənin «Karnamə» əsəri (Bakı: «Elm və təhsil», 2013, 209s) ön sözlə çap edilmişdir.
Heydər Əliyev fondunun yardımı ilə «Musiqi tariximiz əlyazmalarda» adlı iri həcmli, nəfis kitabımız çapdan çıxıb. Buraya Əlyazmalar İnstitutunda saxlanan aşağıdakı əsərlərin tərcüməsi daxil edilmişdir: Əmirxan Kövkəbinin «Risalə dər musiqi», Mir Möhsün Nəvvabın «Elmi-musiqi», naməlum müəlliflərin «Behsətür-ruh», «Risaleyi-musiqi», «Risalə dər musiqi», «Risalə dər elmi-musiqi», «Risalə dər musiqi» əsərləri.
Seyid Yəhya Bakuvinin ölümünün 550 iliyi ilə bağlı tədbirlərlə bağlı olaraq onun Əlyazmalar İnstitutunda saxlanan 15 əsəri fars dilindən tərcümə edilərək nəşrə hazırlanmışdır.
Arxiv materialları əsasında aşağıdakı kitablar nəşr edilib:
Nəcəf bəy Vəzirov. Palıd. Bakı: «Elm və təhsil», 2013, 90s.
Hüseynqulu Sarabski. Qərənfilsən, butasan. Bakı: «Elm və təhsil», 2013, 112s.
Hesabat ilində 2-ci problemə daxil olan 4-cü mövzu «Azərbaycanla islam problemlərinə aid əlyazmaların tədqiqi və nəşrə hazırlanması» mövzusu üzrə 5 işin illik mərhələləri nəzərdə tutulduğu həcmdə yerinə yetirilib, aşağıdakı kitab nəşr edilib:
Əbilova Zəkiyyə. Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badkubinin müasir Azərbaycan islamşünaslığında yeri. Bakı: «Elm və təhsil», 2013, 388s.
Ümumiyyətlə, 2013-cü ildə plan üzrə nəzərdə tutulmuş aşağıdakı işlər yekunlaşdırılmışdır:
1) 4-cü işin mərhələsi: İmadəddin Nəsimi biblioqrafiyasının tərtibi və nəşrə hazırlanması;
2) 5-cü işin mərhələsi: Əski çap kitabların kataloqunun V cildinin tərtibi. Rusdilli kitablar.
3) 6-cı iş: XVI əsr tərcümə abidəsi «Şühədənamə»nin nəşrə hazırlanması;
4) 17-ci işin 2 mərhələsi: Saib Təbrizinin Azərbaycan dilindəki şeirlərinin elmi-tənqidi mətninin tərtibi; Əsri Təbrizinin Azərbaycan dilindəki şeirlərinin transfoneliterasiyası;
5)18-ci işin mərhələsi: Sədi Sani Qarabaği kuliyyatının nəşrə hazırlanması:
6) 44-cü işin mərhələsi: Mir Məhəmməd Kərim ağanın «Kəslul-həqaiq» təfsirinin nəşrə hazırlanması;
7) 45-ci işin və mərhələsi: Yusif əl-Muskuri Şirvaninin «Silsilətül-üyun» əsərinin tərcümə və nəşrə hazırlanması;
Hesabat ilində Əlyazmalar İnstitunun əməkdaşlarının 220 elmi məqalə çap etdirib, bunlardan 47-ci xaricdə çap edilmişdir. «Yazılı materialların dezinfeksiyası və konservasiyası. Stansionar və səyyar sərgilərin təşkili» adlı 3-cü problem üzrə 2 mövzu ətrafında 4 elmi-plaktiki iş icra olunub. «Yazılı materialların praktiki mühafizəsi məsələləri» adlı 5-ci mövzu üzrə yazılı abidələrin və xəzinələrin müntəzəm dezinfeksiyası və konservasiyası işləri həyata keçirilib. 50-ci iş üzrə 6600 vərəqdən artıq material bərpa edilib; 51-ci iş üzrə 61 kitab (100 material) cildlənib, 52-ci iş üzrə cəmi 150 000 kadr disklərə çəkilib.
Kadr hazırlığı üzrə: Cəmi 73 dissertantımız var. 35 nəfər Azərbaycan vətəndaşı, 38 nəfər əcnəbi vətəndaşdır.
2013-cü ildə Əlyazmalar İnstitutunun 6 dissertantı dissretasiya işini müdafiə edib. 6 nəfərin dissertasiyasının müdafiəsi Əlyazmlar İnstitutu nəzdində fəaliyyət gösrən müdafiə şurasında təşkil edilib.
Hazırda İnstitutda 9 elmlər doktoru, 30 fəlsəfə doktoru çalışır.
Əlyazmalar İnstitutun hesabat ilində xarici ölkə müəssisələri ilə əlaqələri genişləndirib. 3-16 noyabrda Əlyazmalar İnstitunun 3 əməkdaşı Türkiyənin TİKA idarəsinin dəvəti ilə Konya şəhərində Əlyazmaların bərpası, qorunması üzrə ixtisas kursu keçmiş, mütəxəssislik sertifikatı almışdır.
4-6 iyun tarixlərində nəfis və qədim əlyazmalarımızın ayrı-ayrı səhifələrinin fotoları İordaniyanın patyxatı Əmmanda keçirilən sərgidə nümayiş etdirilmiş, sərgi ölkə ictimaiyyətinin böyük marağına səbəb olmuşdur.
Hesabat ilində Əlyazmalar İnstitutunun dəyərli əlyazmaları, xarici ölkələr kitabxanalarında saxlanan çoxsaylı əsərlərimizin surətlərini əldə etmişdir.
İnstitutda hesabat ilində aşağıdakı tədbirlər keçirilib:
May ayınını 24-də «Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi probleləri» mövzusunda Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş XIII Respublika elmi konfransı, fevral ayının 10-da prof.C.Qəhrəmanovun xatirəsinə həsr edilmiş sessiya, fevral ayının 22-də Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş elmi sessiya; noyabr ayının 18-də filologiya elmləri doktoru Məmməd Adilovun 60 illik yubileyinə həsr edilmiş sessiya.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.