Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

20.12.2013

“Dil və fəlsəfə (aktual və mübahisəli məsələlər)” mövzusunda növbəti iclası keçirilib

19 dekabr 2013-cü il tarixində AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda AMEA Humanitar və İctimai Elmlər Bölməsinin nəzdində fəaliyyət göstərən nəzəri-metodoloji seminarın “Dil və fəlsəfə (aktual və mübahisəli məsələlər)” mövzusunda növbəti iclası keçirilmişdir.
Seminarda AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., müxbir üzv K.Abdulla, fəl.ü.e.d. Z.Quluzadə, elmi tədqiqat müəssisələrinin direktorları, eləcə də seminarın daimi üzvləri, elmi-tədqiqat müəssisələrinin və bir sıra universitetlərin görkəmli alimləri iştirak etmişlər.
İclası giriş sözü ilə açan sədr Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, Əməkdar Elm Xadimi, fəl.ü.e.d. Zümrüd Quluzadə seminarın gündəliyində duran məsələlər haqqında məlumat vermiş və müzakirə obyekti kimi təqdim edilən məsələləri iştirakçıların diqqətinə çatdırmışdır.
İclasda çıxış edən müxbir üzv Kamal Abdulla dil və fəlsəfənin qarşılıqlı təsirindən bəhs edərək, fəlsəfə və dilin bu gün diqqət mərkəzinə çəkilməsini dilçi və filosoflarımızın bir-birini tanıması üçün daha yaxşı körpü olacağını bildirmişdir. Bu da gələcəkdə müştərək və bir-birini tamamlayan mövzuların ortaya çıxmasına kömək edəcəyini nəzərə çatdırmışdır. O, bədii əsərlərə filosof mövqeyindən, fəlsəfi əsərlərə isə ədəbiyyatçı mövqeyindən baxılmasının zəruriliyini xüsusi vurğulamışdır.


İclasda “dilin fəlsəfəsi: təbiəti, şüur və idrakla münasibəti; hər birinin və irrasional idrakın tarixi yaddaş kodunda əksi”, “fəlsəfədə dil: tədqiqat obyekti və ifadə vasitəsi kimi”, “dil və fəlsəfənin islam mədəniyyəti bölgəsi və Azərbaycan mədəniyyətşünaslığında tarixən və müasir dövrdə tədqiqinə dair”, “dil və fəlsəfənin tədqiqinin fəlsəfi metodologiyasının seçimi”, “Azərbaycanşünaslıqda dil və fəlsəfənin gələcək elmi tədqiqinə dair təkliflər” ətrafında geniş müzakirələr aparılmışdır.
Məsələyə münasibətini bildirən fəl.ü.e.d.Əli Abasov, fəl.ü.e.d.Adil Əsədovun, fəl.ü.e.d.Kazım Əzimov, fil.ü.e.d.Muxtar İmanov, fəl.ü.f.d.Roida Rzayeva, fəl.ü.e.d.Rəfiqə Əzimova, fəl.ü.e.d.Afaq Rüstəmova, fəl.ü.e.d.Rahid Ulusel, fəl.ü.e.d.Arzu Hacıyeva, fil.ü.f.d.Mayıl Əsgərov çıxış edərək öz fikir və mülahizələrini bildirmiş, təkliflərini irəli sürmüş və müzakirələr aparmışlar.
Sonda seminar üzvləri əlyazmaların toplanılması sahəsində xidmət göstərən şəxslərə elmi dərəcələrin verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət olunmasının, müasir elm baxımından izahlı çoxcildlik lüğətlərin yaranmasının, müxtəlif dünya dillərin öyrənilməsinin və orijinaldan tərcümələr edilməsinin gərəkliyini qərara almışlar.
Müzakirəyə qoyulan mövzunun həcmcə böyüklüyü nəzərə alınaraq, seminar iştirakçıları tərəfindən növbəti iclaslarda müzakirələrin davam etdirilməsi təklif olunmuşdur.
İclas seminar iştirakçıları tərəfindən yüksək qiymətləndirilmiş, mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış, suallar cavablandırılmışdır.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.