Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

20.12.2013

KÜVEYT SEMİNARINDA İŞTİRAKIMIZ

23-29 noyabr tarixində arasında “İdrak” ictimai birliyinin və Küveyt vəqflər nazirliyinin təşkilatçılığı ilə Küveyt səfərimiz baş tutmuşdur. Müxtəlif qurum, idarə və təşkilat nümayəndələrindən 15 nəfər bu səfərdə iştirak etmişdir. Səfərin məqsədi Küveyt vəqflər nazirliyinin nəzdində yaradılan “əl-Vasatiyyə” (orta yol) adlı cəmiyyətin təşkil etdiyi seminarlarda iştirak etmək idi. Seminarlarda Küveytin mötəbər din alimlərindən dr.Əbülfəth əl-Bəyanuni, dr.Cəfər əl-Həddad,dr.Muaz əl-Bəyanuni,dr.İbrahim Məhna və b. iştirak etmişlər.
Seminarda fiqh, din dəvətində müvazinətləşdirmə fiqhi, fikri və pisixoloji fanatizmin motivləri və idarəçilikdə ədalət prinsipləri mövzusunda alimlər öz düşüncə və təcrübələrini övləviyyat (prioritet) baxımından müzakirə etdilər. Buna belə bir misal : bir insan gecə səhərə qədər ibadət edir ancaq səhərə yaxın onu yuxu tutur və adam yuxulayır. Sübh namazını qıla bilmir. Beləliklə o insan əsl qılınacaq birinci vacib olan namazı qılmamış olur. Burada vacib olan sübh namazı idi, gecə namazı isə savab baxımından fəzilətli olan ancaq ikinci dərəcəli bir ibadətdir. Övləviyyat (prioritet) məsələsinə gəlincə ikinci dərəcəli iş birinci dərəcəli işi kölgədə qoyur. Günümüzdə ibadət əhli olan insanlar xırda bir dini məsələdə böyük bir ixtilafa düşür və bu ixtilaf ayrımcılığa gətirib çıxarır. İxtilaf edilən məsələ, İslamın birlik və bütünlük prinsipini unutdurur. Halbuki burada prioritet olan məsələ insanların və ya cəmiyyətin birliyidir. Bu kimi məsələlər təkcə dini sahədə yox, ictimai həyatın bütün sahələrində aktualdır. Seminar bu vi buna bənzər mövzularda dörd gün davam etdi. Daha sonra seminarlarla yanaşı şəhərin görməli yerlərinə ekskursiyalar təşkil olundu. Dəniz kənarında yeləşən Küveyt şəhəri genişliyi və binaların müasir formada tikilişi ilə diqqəti cəlb edir. Təmiz havası, gözəl yolları insanı vale edir. Neft ölkəsi olmasına baxmayaraq, dəniz suyu olduqca təmiz idi. Şəhər olduqca sakit və rahatdır. Dəniz kənarı sahil boyunca davam edən bulvar və bulvarın içərisində muzey, əyləncə parkları, insanların asudə vaxtlarını səmərəli keçirməsi üçün təşkil olunan yerlər diqqəti cəlb edirdi.
Ekskursiyaların birində biz Tariq Rəcəb muzeyini gəzdik. Zəngin eksponatları olan bu muzey, dünyanın müxtəlif yerlərində yaşayan xalqlara və mədəniyyətlərə aid nümunələri özündə cəmləşdirib. Burada geyim əşyaları, silah, musiqi alətləri, əlyazma kitabları, pullar, sikkələr, bəzək əşyaları və bu kimi nadir tarixi eksponatları görmək olar. IX əsrə aid perqament üzərinə yazılmış Quran vərəqləri, dəftər və kitablar xüsusı maraq doğurur. Xətt sənətinə aid yazılar, xüsusi dua formaları və lupa ilə oxunan yazılar və bu kimi əsərləri görmək olar. Diqqəti çəkən məqamlərdan biri isə dahi şairimiz Nizami Gəncəvinin bir neçə əsərinin burada saxlanması idi. Nəfis xətti, miniatürü, bəzəyi özünəməxsus gözəlliyi ilə seçilirdi. Burada musiqi alətlərinin sərgiləndiyi yerdə Azərbaycan tarına rast gəldik.
Diqqəti çəkən məqamlardan biri də burada çalışan insanların böyük hissəsinin Hindistan, Pakistan və Çindən gəlməsi oldu.
Seminarların sonunda iştirakçılara diplom təqdim edildi. Təqdimat mərasimi vəqflər nazirinin müavini Adil əl-Fəlahın evində keçirildi. Adil əl-Fəlah Azərbaycanı çox sevdiyini və Azərbaycan xalqının onun qəlbində xüsusi bir yer tutduğunu qeyd etdi. Müsafirpərvər xalq olduğumuzdan və Azərbaycan yeməklərinin ləzzətindən ağız dolusu danışdı.
Şəhərdə böyük bir əlyazma kitabxanasının olduğunu eşitdim, ancaq çox təəssüflər olsun ki, ora gedib araşdırma aparma fürsətini əldə edə bilmədim.

Zaur Orucov

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.