Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

6.12.2013

Elmi Şuranın növbəti iclası keçirilib

Dekabrın 6-da Əlyazmalar İnstitutunun Elmi Şurasının növbəti iclasında institutun 2013-cü ildə gördüyü işlərin hesabatı dinlənmişdir.
Hesabatı məruzə edən Əlyazmalar İnstitutunun direktor əvəzi, filologiya üzrə elmlər doktoru Paşa Kərimov 2013-cü ildə plana daxil olan və plandan əlavə işlərdən, institutun xarici əlaqələrindən, tamamlanan elmi işlərdən, nəşr edilmiş kitablardan, kadr hazırlığı sahəsindəki vəziyyətdən danışmışdır.
P.Kərimov məlumat vermişdir ki, Əlyazmalar İnstitutu hesabat ilində dünyanın bir çox əlyazma mərkəzləri ilə, kitabxanaları ilə əlaqə saxlamış, çox dəyərli əsərlərimizin surətlərini əldə etmişdir. Bunların içində Tehranın Məclis Kitabxanasından əldə edilmiş XVI əsr müəlifi Qəribi divanı və təzkirəsi, Vatikanın Apostol Kitabxanasından əldə edilmiş XV-XVI əsrlər şairi Süruri divanı, Kembric Universiteti Kitabxanasından əldə edilmiş XVII əsr şairi Mürtəzaqulu xan Şamlu divanı və bir çox digər bədii, elmi əsərlərin, xəritələrin surətləri böyük maraq doğurur.


Bu il Azərbaycan əlyazmaların fotolarının İordaniyanın paytaxtı Əmmanda keçirilmiş sərgisi yerli ictimaiyyətin böyük marağına səbəb olmuşdur. İnstitutun əməkdaşarı xarici ölkələrdə məqalə və kitablarını çap etdirmiş, konfranslarda iştirak etmişlər.
Elmi şura üzvlərindən K.Şərifli, Z.Babayeva, M.Nağısoylu və başqaları məruzənin müzakirəsində iştirak etmiş, onu müsbət dəyərləndirmişlər.
Sonda iclasın iştirakçısı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu¬nun direktor müavini, professor, AMEA-nın müxbir üzvü Teymur Kərimli məruzə haqqında öz fikrini demiş, Əlyazmalar İnstitutunun son illərdə durmadan inkişaf etdiyini qeyd etmişdir. T.Kərimli hesabat məruzəsinə geniş və əhatəli olduğuna görə müsbət qiymət vermişdir.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.