Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 
28.11.2013

Türkiyə Dövlət Arxivlərinin baş müdir yardımçısı Mustafa Budaq Əlyazmalar İnstitutuna gəlib

Noyabr ayının 28-də Türkiyənin Baş Nazirliyi nəzdindəki Dövlət Arxivlərinin baş müdir yardımçısı Mustafa Budaq Əlyazmalar İnstitutuna gəlmişdir. O, institutun işi ilə yaxından tanış olaraq şöbələri gəzmişdir. Sonra institutun iclas zalında Mustafa Budaqla görüş keçirilmişdir.
İclası giriş sözü ilə açan institutun direktor əvəzi, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Türkiyənin müxtəlif müəssisələri ilə faydalı əməkdaşlıqdan danışmış, Mustafa Budaqla, onun çalışdığı qurum ilə əlaqələrdən çox şey gözlədiyini bildirmişdir.
Mustafa Budaq fəaliyyət göstərdiyi müəssisənin işi, özünün təcrübəsi barədə danışmış, Türkiyədə Azərbaycana dair çoxlu sənədlərin mövcudluğunu qeyd etmişdir.
İclasın sonunda iştirakçılar belə bir qərara gəlmişlər ki, hər iki müəssisə – Əlyazmalar İnstitutu və Türkiyənin Baş Nazirliyi nəzdindəki Dövlət Arxivləri İdarəsi arasındakı əlaqələrin genişləndirilməsi, tariximizin, mədəniyyətimizin öyrənilməsinə böyük fayda verə bilər.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.