Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

19.11.2013

Orta əsrlər ədəbiyyat tariximizə dair bir neçə dəyərli mənbənin əlyazmasının surəti tapılıb

Əlyazmalar İnstitutu orta əsrlər ədəbiyyat tariximizə dair bir neçə dəyərli mənbənin əlyazmasının surətini əldə edib. Farsca divanının surəti Məşhədin Astane-Qüdse-Rəzəvi kitabxanasından əldə edilmiş Mürtəzaqulu Sultan Şamlu Səfəvi hökmdarı Şah Süley­man taxta çıxarkən (1666) qorçubaşı, sonralar Qum şəhərinin hakimi təyin edilmiş, təxminən 1693-cü ildə vəfat etmişdir. Şikəstə-nəstəliq xəttinin yaradıcısıdır. Mürtəzaqulu Sultan şeirdə böyük mütəfəkkir şairimiz Saib Təbrizinin davamçısı olmuş, onlar bir-birinin şeirlərinə nəzirələr yazmışlar. Saib «Səfinə» adlı cüngünə onun da şeirlərini daxil etmişdir. Divanın sonunda şairin anadilli şeirləri də vardır.

Farsca divanı İstanbulun Topqapı Sarayı Muzeyindən əldə edilmiş XVII əsrin ikinci yarısı – XVIII əsrin birinci yarısında, Nadir şah Əfşarın hakimiyyəti dövründə yaşayıb-yaratmış Nəşə Təbrizi dövrünün görkəmli alim və sənətkarlarından, Saib Təbrizi ədəbi məktəbinin davamçılarından olmuşdur, təxminən 1774-cü ildə vəfat etmişdir. O, Nadir şahın sifarişi ilə Nəcəf şəhərində Həzrət Əlinin qızıla tutulmuş məzar qübbəsinə Azərbaycan dilində bir maddeyi-tarix yazmışdır. Nəşə Təbrizi divanında da onun ana dilində şeirləri vardır.

Yeni əldə edilən materiallar içində ədəbiyyat tariximizə dair dəyərli bir mənbənin – əlyazması Tehran Universiteti Kitabxanasında saxlanan Əbdürrəzzaq Dünbülinin «Nigaristani-Dara» əsərinin surəti də vardır. İndiyədək əlyazması 327 vərəqdən ibarət bu əsərin kiçik bir hissəsi İranda nəşr edilmişdir.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.