Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

15.11.2013

Gənc alim və mütəxəssislər şurasının təsis iclası keçirilmişdir

Noyabr ayının 15-də AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edən, filologiya elmləri doktoru Paşa Kərimov yeni təşkil olunan şuranın gənc alimlərin inkişafında oynaya biləcəyi roldan, respublika və AMEA rəhbərliyi tərəfindən gənclərə verilən önəmdən, institut gənclərinin uğurlarından danışdı. P.Kərimov qeyd etdi ki, institut gənclərinin elmi uğurları göz qabağındadır, bu, onların çap etdirdiyi kitab və məqalələrdən aydın görünür. Gənc alim və mütəxəssislər şurasından gənclərimizi fəallaşdıracağını gözləyirik. Əminik ki, gənc alimlərin bundan sonrakı fəaliyyəti daha böyuk elmi nailiyyətlərlə diqqəti cəlb edəcəkdir. İclasda çıxış edən N.Mustafayeva, Əkrəm Həsənov, Xanım Əsədova, Rasim Hüseynov, Qətibə Quliyeva, Elvin Hüseynli və başqaları yeni qurumun yaradılmasını alqışladılar, qarşıda duran problemlərdən danışdılar.
Sonda iclasın qərarı yekdilliklə qəbul edildi. Əlyazmalar İnstitutunun Gənc alim və mütəxəssislər şurası təsis edildi. Sədr – Nailə Mustafayeva, müavin – Qətibə Quliyeva, heyət üzvləri – Səadət Mürşüdova, Gülər Əmirəhmədova, Sayalı Əliyeva, Əkrəm Həsənov, İlhamə Məmmədzadə seçildilər.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.