Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

15.11.2013

AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun Tərcümə və İnformasiya şöbəsinin müdiri, tarix elmləri doktoru FƏRİD ƏLƏKBƏRLİNİN Vatikan Arxivlərinə ezamiyyəti çərçivəsində 10 sentyabr – 10 noyabr 2013 il müddətində gördüyü işlər haqqında
HESABAT

Ezamiyyətin məqsədi Vatikan Apostol Kitabxanasında Azərbaycana aid tarixi sənədlərin aşkar edilməsi, ilkin araşdırmaya cəlb olunması, aşkar olunmuş əlyazmaların kataloqunun tərtib olunması üçün məlumatın toplanması, bu əlyazmaların rəqəmli surətlərinin hazırlanması və bərpaya ehtiyacı olan əlyazmaların bərpası məqsədi ilə Vatikan Apostol kitabxanası ilə əməkdaşlığın qurulması olmuşdur. Ezamiyyət Heydər Əliyev Fondunun Vatikanla əməkdaşlıq layihəsi çərçivəsində baş tutmuşdur.
Ezamiyyət zamanı Azərbaycan, ərəb, fars dillərində orta əsr Azərbaycan əlyazmaların axtarışı üzrə tədqiqat işi davam etdirilmişdir. İndiyə qədər aşkar olunmuş Azərbaycan əlyazmalarının sayı 70 çatmışdır. İşin mürəkkəbliyi ondan ibarət olmuşdur ki, Vatikan kitabxanalarında saxlanılan qədim mənbələrin tam kataloqu və siyahısı yoxdur. Ona görə də əsərlərin Azərbaycana aid olub-olmamasını aydınlaşdırmaq üçün, orta əsr əlyazmaları bir-bir sifariş edilib araşdırılmışdır. Azərbaycana aid mənbələr müxtəlif dillərdədir: ərəb, fars, türk (Osmanlı, Azərbaycan, Cığatay, Uyğur və s.), ingilis, italyan və s.
Ana dilli (türkdilli) əsərlərin tədqiqinə xüsusi fikir verilmişdir. İlk dəfə olaraq 100-dən çox bu vaxta qədər qeydə alınmamış və təsvir olunmamış türkdilli, o cümlədən azərbaycandilli orta əsr əlyazması aşkar olunmuşdur, onların ilkin tədqiqatı və təsviri yerinə yetirilmişdir. Aşkar olunmuş əlyazmaların arasında şeir və nəsr əsərləri, Azərbaycan tarixini işıqlandıran, Eldənizlər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi və sair Azərbaycan dövlətlərinin tarixindən xəbər verən əlyazmalar vardır.
Aşağıdakı Azərbaycan əlyazmalarının surətləri Vatikandan Bakıya gətirilmiş və Əlyazmalar İnstitutuna təhvil verilmişdir:
Sürurinin “Divan”ı əldə olunan mənbələrin ən qiymətlisidir. Süruri XV əsrin sonu və XVI əsrin əvvəllərində yaşamış və ana dilimizdə yazıb-yaratmış Azərbaycan şairidir. Onun bu “Divan”i indiyə qədər tədqiq və nəşr olunmamışdır. Süruri Nəsimi ədəbi məktəbini davam etdirən istedadlı sənətkardır.Onun hürufi görüşləri təbliğ edən şeirləri çox məşhur olmuşdur. Xüsusən Şah İsmayıl Xətayi hakimiyyət başına gəldikən sonra (1502-1524) öz fikirlərini daha sərbəst söyləməyə imkan tapmışdır. Süruri yaradıcılığı əsasən hürufiliyə həsr olunmuş əsərlərdən ibarət olsa da, onun məhəbbət mövzusunda yazılmış qəzəlləridə vardır. Sürurinin “Divan”ının surəti AMEA Əlyazmalar İnstitutuna təhvil verilmişdir. İndi mütəxəssislərimiz Azərbaycan ədəbiyyatın bu qədim incisini tədqiq etmək imkanınına malikdirlər.
Bundan əlavə, Vatikandan bir sıra başqa maraqlı əlyazmaların sürətləri də Bakıya gətirilmişdir. O cümlədən, XV əsrin böyük Azərbaycan filosofu Seyid Yəhya Baküvinin oğlu Şeyx Əli Səmərqəndinin həyatına həsr olunmuş “Mənaqibi-Şeyx Əli Səmərqəndi” əsəri. Başqa mühümm əlyazma: XVII əsr anadilli əsəri, Baba Həsən bin Məhəmməd Şirvaninin nücum, cəfr və rəml elmlərinə aid “Kitab be şəcarə və şomare min nücum” kitabıdır. O da Azərbaycana ilk dəfədir ki gətirilir. Müəllifi məlum olmayan XIX əsrə aid türkdilli əsər isə, Səfəvi, qızılbaş və Qacarlar, onların müharibələri, Qafqaz, Bakı və Tiflisin ruslar tərəfindən zəbt edilməsi haqqında geniş məlumat verir. Kitab türkçə yazılmışdır və indiyə qədər tədqiqata cəlb edilməmişdir.
XVII əsr osmanlı tarixçisi Məhəmməd Ədirnəvinin “Nəxcətül-təvarix” əsərində isə, o cümlədən, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin tarixindən bəhs olunur. Həmin dövrə aid qədim təbabətə həsr olunmuş “Risaleyi-təshil fit-tibb” adında türkdlli əsərin surəti də əldə edilmişdir. Vatikandan gətirilmiş bu və başqa əlyazma nüsxələrinin surətləri hal-hazırda AMEA Əlyazmalar İnstitutunun fonduna təhvil verilmişdir.
Aşkar olunmuş əlyazmaların kataloqunun hazırlanması üzrə Vatikan Apostol Kitabxanası ilə əməkdaşlıq qurulmuşdur və kataloqlar üçün məlumat tolanmışdır. Hal-hazırda iki kataloq üzərində iş davam etdirilir:
Vatikan Apostol kitabxanasının Azərbaycan Əlyazmaları Kataloqu (ilk dəfə tərtib olunur).
Vatikan Apostol kitabxanasında aşkar etdiyimiz yeni türkdilli əlyazmaların kataloqu (ilk dəfə tərtib olunur).
Tədqiqatlar zamanı aşkar edilmiş Azərbaycan əlyazmalarının rəqəmləşdirilməsini təmin etmək üçün bu əlyazmaların siyahısı tərtib edilmiş və Vatikan Apostol Kitabxanasının müdiriyyətinə təqdim edilmişdir. Əlyazmaların yüksək keyfiyyətli rəqəmli surətlərinin hazırlanması, onların gələcək nəsillər üçün qorunub saxlanması üçün daha böyük zəmanət yaradır. Azərbaycan əlyazmalarının yüksək keyfiyyətli rəqəmli surətləri artıq Vatikan tərəfindən hazırlanmışdır.
Aşkar olunmuş Azərbaycan əlyazmalarını Vatikan tərəfindən bərpa olması üçün danışıqlar aparılmış, razılıq əldə edilmiş və əlyazmalar artıq bərpa olunmuşdur.
Vatikana son ezamiyyətim müddətində Azərbaycan tarixinə aid orta əsr Avropa və Şərq xəritələri aşkar edilmişdir. müddətində Azərbaycan tarixinə aid orta əsr Avropa və Şərq xəritələri aşkar edilmişdir. XV-XVIII əsrləri əhatə edən bu coğrafi xəritələrinin əhəmiyyəti ondan ibarətdir ki, həmin xəritələr qədimdə və orta əsrlər zamanı “Azərbaycan” adlı ölkənin mövcudluğunu təsdiq edir, “Azərbaycan”, “Qarabağ”, “Midiya”, “Şirvan” və “Arran” kimi coğrafi ərazilərin sərhədlərini müəyyən edərək, erməni alimlərinin uydurmalarına rəğmən, Bakı, Şamaxı, Gəncə, Təbriz, Qəbələ, Qarabağ, İrəvan və Qars şəhərinə qədər uzanan ərazi Azərbaycan torpaqları kimi göstərir. Bəzi xəritələrdə Xəzər Dənizi “Bakı Dənizi” kimi qeyd olunur. Xəritələr Amsterdam, Antverpen, İstanbul və sair şəhərlərdə Avropa (alman, holland, italyan və s.) və osmanlı coğrafiyaşünasları tərəfindən tərtib və nəşr olunmuşdur. Orta əsr əlyazmalarının və xəritələrinin axtarışı davam etdirilir.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.