Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

30.10.2013

Məhəmməd ağa Müctəhidzadənin əsərlərinin əlyazmaları, fotoları və bəzi sənədləri əldə edilib

Əlyazmalar İnstitutu Qarabağ ədəbi mühitinin görkəmli nümayəndəsi, ictimai və din xadimi, 1910-cu ildə İstanbulda çapdan çıxmış «Riyazül-aşiqin» əsərinin müəllifi Məhəmməd ağa Müctəhidzadənin əsərlərinin əlyazmalarını, ona aid fotoları və bəzi sənədləri əldə etmişdir. Bu materialları M.Müctəhidzadənin oğlu Hafiz Sədrzadə təqdim etmişdir.
Əlyazmaların içində şairin Azərbaycan və fars dilində şeirləri, 1918-ci ildə bolşevik-ermənilərin təcavüzü ilə bağlı Azərbaycanda cərəyan edən hadisələr, Məhəmməd ağanın bir heyətlə Türkiyəyə yardım üçün getməsi barədə xatirələri böyük maraq doğurur. Bir sənəddən məlum olur ki, M.Müctəhidzadə «Xalq xanəndələri və XIX əsr Azərbaycan musiqi alətləri» adlı əsər yazaraq 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində fəaliyyət göstərən elmi-tədqiqat kabinetinin rəhbəri Bülbülə təhvil vermişdir.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.