Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 


3.10.2013

«Qasım bəy Zakir və müasirləri»

«Elm və təhsil» nəşriyyatında Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimovun «Qasım bəy Zakir və müasirləri» kitabı çapdan çıxmışdır. Əlyazma mənbələri əsasında yazılmış, yeni faktlarla zəngin olan bu monoqrafiyada şairin həyat və yaradıcılığı, Cəfərqulu xan Nəva, Mirzə Fətəli Axundzadə və digər müasirləri ilə münasibətləri, yetişdiyi və yaşadığı ədəbi mühit haqqında fikir söyləmiş, onun bir sıra qeyri-mətbu şeirləri oxuculara təqdim edilmişdir.
Kitabın elmi redaktorları filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu və filologiya elmləri doktoru, professor Zaman Əsgərli, rəyçi filologiya elmləri doktoru Paşa Kərimovdur.

«Əmir Teymur»

«Elm və təhsil» nəşriyyatında macar alimi German Vamberinin ilk dəfə 1917-ci ildə Bakıda Orucov qardaşları mətbəəsində çap edilmiş «Əmir Teymur» əsəri müasir əlifbada işıq üzü görmüşdür.
Böyük türk imperatoruna həsr edilmiş bu kitabı tarix elmləri doktoru Tahirə Həsənzadə müasir əlifbaya çevirmiş, lüğət tərtib etmişdir.
Kitabın redaktoru tarix elmləri doktoru Fərid Ələkbərlidir.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.