Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

6.9.2013

Hürufiliyə dair iki əsərin surəti əldə edilib

Əlyazmalar İnstitutu Məşhədin Astane-Qüdse-Rəzəvi kitabxanasından hürufiliyə dair iki əsərin surətini əldə etmişdir. Bu əsərlərdən biri hürufiliyin banisi Fəzlullah Nəimiyə aid edilən «Bəşarətnamə» risaləsinin türkcəyə tərcüməsidir.
Qeyd etmək istərdik ki, indiyə qədər tədqiqatçılar F.Nəiminin əsərləri arasında «Bəşarətnamə» əsərinin adını çəkməmişlər. Sadə bir dildə, nəzmlə tərcümə edilmiş əsər əlyazmanın 30 vərəqinə köçürülmüşdür. Burada ərəb hərflərinin müqəddəsliyindən danışılır, Quran və hədislərdən istifadə edilməklə varlıq, insan və əşyaların hərflərdən yarandığı göstərilir.
Əsər bitdikdən sonra görkəmli Azərbaycan filosofu Şihabəddin Sührəverdinin ərəbcə yazdığı «Fütuhnamə» əsərindən kiçik bir hissə verilmişdir.
İkinci əsər Xeyrəti adlı hürufi şairin 20 əlyazma kitabı vərəqinə köçürülmüş şeirlərindən ibarətdir.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.