Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

16.7.2013

«Türk əlyazmaları kataloqu»

«Elm və təhsil» nəşriyyatında çapdan çıxmış «Türk əlyazmaları kataloqu»nun (təkmilləşdirilmiş nəşr) I cildinə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən türkdilli folklor abidələrinin, şifahi xalq ədəbiyyatının təsiri altında yazılmış müəllifi məlum olmayan əlyazmaların elmi-paleoqrafik təsiviri daxil edilmişdir.
Təsvir və tərtib edənlər filologiya elmləri doktoru, əməkdar elm xadimi Şamil Cəmşidov, filologiya üzrə fəlsəfə doktoru Əli Məmmədbağıroğludur.
Kitabın redaktoru filologiya elmləri doktoru Məmməd Adilovdur.

***

«Azərbaycanda məşhur olan şüəranın ə’şarına məcmuədir»

«Elm və təhsil» nəşriyyatında məşhur Azərbaycan maarifçisi, ədəbiyyatşünası və ictimai xadimi Hüseyn Əfəndi Qaibovun (1830-1917) topladığı və 4 cilddə tərtib etdiyi «Azərbaycanda məşhur olan şüəranın ə’şarına məcmuədir» adlı toplunun IV cildi çapdan çıxmışdır.
Bu cildə XVIII-XIX əsrlərdə yaşayıb-yaratmış Azərbaycan şairlərinin əsərlərindən seçmələr salınmışdır. Çapa hazırlayan və izahların müəllifi filologiya üzrə fəlsəfə doktoru Yədulla Dadaşlı, redaktoru isə filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.