Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

5.7.2013

AMEA Humanitar və İctimai Elmlər Bölməsinin nəzəri-metodoloji seminarı keçirildi

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunda AMEA Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) nəzəri-metodoloji problemlərinə həsr olunmuş ilk seminarı keçirildi.
Seminarı giriş sözü ilə açan Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, Əməkdar Elm Xadimi, fəlsəfə üzrə elmlər doktoru professor Zümrüd Quluzadə gündəlikdə duran məsələlər haqqında məlumat verdi, nəzəri-metodoji seminarların ardıcıl olaraq keçiriləcəyini vurğuladı.

“Qloballaşma müstəvisində yeni iqtisadi təfəkkürün formalaşması zəruriliyi və onun nəzəri-metodoloji əsasları” adlı məruzə ilə çıxış edən AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisadiyyat üzrə elmlər doktoru professor İsa Alıyev iqtisad elminin tarixinə nəzər saldı, onun obyekti və predmeti, bazar iqtisadiyyatının əsas tələblərindən söz açdı. Müasir dövrün iqtisadiyyatının elmli idarəolunmanı tələb etdiyini bildirən İ.Aliyev hazırkı dövrdə müasir iqtisadi problemlərin mahiyyətini, təzahür formalarını, zəruri qanunlarını, onların fəaliyyət mexanizmini, idarəetmə metodlarını özündə ifadə edən milli və beynəlxalq maneələri əlaqələndirən elmə əsaslanan təfəkkürlər, nəzəriyyələrin vacib olduğunu qeyd etdi.

Professor Zümrüd Quluzadə “Ümumvəhdət fəlsəfəsi və müasir elm” adlı məruzə ilə çıxış edərək ümumvəhdət fəlsəfi konsepsiyasının komparativistika və qeyri-səlis məntiqin metodoloji prinsipləri ilə birlikdə qlobal mədəniyyətin bütöv, vahid sistem olaraq təsdiqinin metodoloji əsası olduğunu bildirdi.

Məruzələr ətrafında gedən müzakirələrdə HİEB-in akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev, AMEA Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edən filologiya üzrə elmlər doktoru Paşa Kərimov, Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Rzasoy, fəlsəfə üzrə elmlər doktoru Adil Əsədov və başqaları çıxış edərək bir sıra təklif və tövsiyələrini irəli sürdülər.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.