Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

10.6.2013

F.e.d. Paşa Kərimov və böyük elmi işçi Arif Ramazanovun 8 iyun 2013-cü il tarixində Qəbələyə ezamiyyəti barədə hesabat

Baş nazirin müavini Elçin Əfəndiyevin köməkçisi Abid Tahirli Qəbələ rayonundan toplanmış əlyazmaların oranın tarix-diyarşünaslıq muzeyində saxlanılması barədə bizə məlumat vermişdi. Əvvəlcədən muzeyin direktoru Xalis Məmmədoğlu ilə əlaqə saxladıqdan sonra 8 iyun 2013-cü il tarixində Qəbələyə - tarix-diyarşünaslıq muzeyinə getdik. Muzeydə saxlanan əlyazmaların siyahısını tutaraq bir nüsxəsini muzeyə verdik. Qeyd etmək istərdik ki, orada bizim üçün əhəmiyyəti olan, Əlyazmalar İnstitutunda olmayan əlyazma və ya çap kitabına rast gəlmədik. Kitabların çoxunun vəziyyəti bərbaddır. Hər halda, bölgədəki savadlılıq dərəcəsini müəyyən etmək üçün bu kitabların da müəyyən əhəmiyyəti vardır. Tərtib etdiyimiz siyahını hesabata əlavə edirik.

Qəbələ tarix-diyarşünaslıq muzeyində saxlanan
əlyazma və çap kitablarının siyahısı

1. Sədi külliyyatı. Daşbasma. XIX əsrin ortaları.
2. Quran. Əlyazma. Əvvəldən və sondan naqisdir.
3. Quran. Çap kitabı. Əvvəldən və sondan naqisdir.
4. Quran. Çap kitabı. Əvvəldən və sondan naqisdir. 1860.
5. Məntiqə dair “Risaleyi-cəhəti-vəhdət”. Əlyazma. 1867. Katibi: Seyfəddin Molla Rəziəddin oğlu.
6. Hesab kitabı. Çap. XIX əsrin ortaları.
7. “Lalə” təxəllüslü Məhəmməd ibn Əbdülsəlimin “Şərhi-müxtəsər” əsəri. Əlyazma. Katib Ramazan 1856-cı ildə Nəzirin mədrəsəsində köçürüb.
8. Əbu Leys Səmərqəndinin “Şərhi-risaleyi-əruz” əsəri. Əlyazma. Katibi: Nəbi ibn Habil. Köçürülmə tarixi yoxdur.
9. Quran. Çap kitabı. Naqisdir.
10. Mənzum “Xavərnamə”. Əlyazma. Əvvəldən və sondan naqisdir. XIX əsrin ortalarında köçürülüb.
11. Hacı Əhməd Əfəndi Əfəndizadənin “İrşadül-islam” əsəri. Çap. Bakı, 1911.
12. Quran. Çap kitabı. Naqisdir.
13. Quran. Əlyazma. Naqisdir.
14. Quran. Təbriz çapı. 1872.
15. İnşa. Məktub nümunələri. Əlyazma. 1845.
16. Quran. Pərakəndə. Əlyazma.
17. Şərhi-risalə. Əlyazma. Katib: Seyfəddin Molla Rəziəddin oğlu. 1851. Axtı kəndinin mədrəsəsində köçürülüb.
18. Fəraiz (Şəriət qanunları). Əlyazma. Naqisdir XIX əsrin ortaları.
19. Pərakəndə vərəqlər. Ərəbcə.
20. “Kənzül-raqibin” (Fiqh kitabı). Katibi: Rizvan. 1871.
21. Quran cüzvləri. İstanbul çapı. 1882.
22. Quran. Daşbasma. Naqisdir.
23. Pərakəndə ərəbcə vərəqlər.
24. “Kənzül-raqibin”, Əlyazma. XIX əsrin sonları.
25. Sədi. Bustan. Əlyazma. 1835. Katibi. Əbdülqəfur Həsən Əfəndi oğlu.
26. Quran. Daşbasma. Əvvəldən naqisdir.
27. Quran. Əlyazma. Naqisdir. XIX əsrin sonları.
28. Kitabi-fəraiz. 1876.
29. Hafiz. Qəzəllər. Çap. Naqis.
30. Quran. Əlyazma. Naqis. XIX əsr.
31. Ramazan Əfəndi. “Haşiyə əla şərhi-əqaid”. Çap.
32. Əbdülqəni Ərdəbili. Şərhi-ünmuzəc. Əlyazma. XIX əsr.
33. Peyğəmbərlər tarixi. Azərbaycan dilində. Əlyazma.
34. Məktublar.
35. Ərəb dilinin qrammatikası. Çap. Naqis.
36. Müxtəlif pərakəndə materiallar.
37. Kitabi-fəraiz. Çap. Tehran. Sondan naqisdir.
38. Quran və pərakəndə vərəqlər.
39. Sədi. Gülüstan. Əlyazma. Katibi: Əbdüssəməd Ziyəddin oğlu Həmzəli. 1827.

PAŞA KƏRİMOV,
filologiya elmləri doktoru,

ARİF RAMAZANOV

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.