Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

 

Dərbənd şəhərinin tarixinə dair AMEA Əlyazmalar İnstitutunun nəşr etdirdiyi “Dərbəndnamələr” kitabının Dərbənd sakini Sakt Əsgərova göndərilmiş beş nüsxəsi ünvanına çatdırılmadan, “Почта России” kağızına bükülmüş şəkildə geri qaytarılmışdır. Səbəbi belə göstərilir: “Адресат по указанному адресу не проживает”. Maraqlıdır...

* * *

2010-cu il iyunun 17-də Vatikan Papalığı mədəniyyət şurasının prezidenti, arxiyepiskop Canfranko Ravazi Vatikanın Qafqaz üzrə nümayəndəsi ilə birlikdə AMEA Əlyazmalar İnstitutunda olmuş, institutun fəaliyyəti, eləcə də burada saxlanılan Azərbaycan yazılı abidələri və onların mühafizə şəraiti ilə tanış olmuşdur. Əlyazmalar İnstitutuna gəlişindən məmnun qalan qonaq Vatikan Apostol Kitabxanası ilə AMEA Əlyazmalar İnstitutu arasında əlaqələr yaradılmasında maraqlı olduqlarını bildirmişdir. Görüşdə qonaqlara Vatikanda mühafizə edilən Azərbaycan əlyazmaları barəsində məlumat verilmiş, onların surətlərinin əldə edilməsi yolları haqqında fikir mübadiləsi aparılmışdır.

* * *

Azərbaycan Respublikasının Macarıstandakı sabiq səfiri, cənab Həsən Həsənov AMEA Əlyazmalar İnstitutunun xahişi ilə Macarıstan Elmlər Akademiyasının Şərq Kolleksiyasında saxlanılan “Əncüməni-Xaqan” və “Səfinətül-Mahmud” təzkirələrinin mikrofilmlərini əldə edərək Bakıya göndərmişdir. Həmin təzkirələrdə Azərbaycanın elm və mədəniyyət tarixinə aid qiymətli məlumatlar toplanmışdır. Yeri gəlmişkən, cənab H.Həsənov AMEA Əlyazmalar İnstitutu əməkdaşlarının macar hamkarları ilə əlaqələrinin qurulması işinə də öz töhfəsini vermişdir.

* * *

AMEA Əlyazmalar İnstitutunda abidələrin elektron disklərə yazilması işi davam edir. Hazırda Yusif Vəzir Çəmənzəminlinin və Səməd Vurğunun institutda saxlanılan şəxsi arxiv materialları tam həcmdə disklərə yazılmışdır.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.