Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

Məmmədağa Sultanovun 100 illik yubileyi
qeyd edilmişdir

2010-cu il mart ayının 29-da klassik ədəbiyyatımızın görkəmli tədqiqatçısı Məmmədağa Sultanməhəmməd oğlu Sultanovun 100 illik yubileyi münasibəti ilə AMEA Rəyasət Heyətinin kiçik zalında AMEA Rəyasət Heyətinin və Əlyazmalar İnstitutunun birgə təşkil etdiyi anma mərasimi keçirilmişdir. İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik Arif Həşimov ədəbiyyatımızı, mədəniyyətimizi tədqiq etmiş görkəmli alimlərimizin yubileylərinin qeyd edilməsinin əhəmiyyətindən danışdı. Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru Məmməd Adilov məruzəsində M.Sultanovun həyat və yaradıcılıq yolu barədə məlumat verdi, onun Əlyazmalar İnstitutunun ilk direktoru kimi fəaliyyətindən, institutun təşkilindəki xidmətlərindən danışdı. Akademik Vasim Məmmədəliyev M.Sultanovun bir şəxsiyyət, vətəndaş, tədqiqatçı, tərcüməçi kimi xidmətlərini yad etdi. Professor Cənnət Nağıyeva Məmmədağa müəllimin əlyazma kitablarının bilicisi, klassik ədəbiyyatımızın istedadlı tərcüməçisi kimi keyfiyyətlərini xüsusilə qeyd etdi. Filologiya elmləri doktoru Möhsün Nağısoylu M.Sultanovdan böyük ürəkli insan, əlyazmaların tədqiqi, gənc mütəxəssislərin yetişməsi sahəsində böyük zəhməti olan alim kimi danışdı.
Sonda alimin ailə üzvləri M.Sultanovun xatirəsini yad etdiklərinə görə məclis iştirakçılarına minnətdarlığını bildirdi.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.