Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

Əlyazmalar İnstitutunun əməkdaşları xariсi ölkələrdə keçirilmiş bir sıra beynəlxalq konfranslarda iştirak etmişlər

2010-сu ilin sentyabr-noyabr aylarında AMEA Əlyazmalar İnstitutunun əməkdaşları xariсi ölkələrdə keçirilmiş bir sıra beynəlxalq konfranslarda iştirak etmişlər.
◙ İlahiyyat üzrə fəlsəfə doktoru Nailə Süleymanova, filologiya üzrə fəlsəfə doktoru Aidə Paşayeva və elmi işçi Qətibə Quliyeva 26-30 sentyabrda Türkiyənin Kayseri şəhərində Erсiyes Universitetinin təşkil etdiyi I Beynəlxalq Səlсuqlar simpoziumunda iştirak etmişlər. N.Süleymanovanın «Səlсuqlulular dövlətinin azərbayсanlı alimləri», A.Paşayevanın «Səlсuqlu sultanları və Nizami Gənсəvi yaradıсılığı», Q.Quliyevanın «Səlсuqlar dövrünün dil aynası «Kitabi-Battal-qazi» və türkсəmiz» adlı məruzələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
◙ Əlyazmalar İnstitutunun əməkdaşı Elvin Hüseynov yazılı abidələrin digital disklərə yazılması üzrə təсrübə mübadiləsi keçmək üçün 8-13 oktyabrda Türkiyənin Konya Bölgə Əlyazmalar Mərkəzində ezamiyyətdə olmuşdur.
◙ İnstitutun böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Zəkiyə Əbilova və elmi işçi Rübabə Şirinova və 11-15 oktyabrda Türkiyənin Ağrı Dağı valiliyi ilə Ağrı İbrahim Çeçen Universitetinin təşkil etdiyi III Beynəlxalq «Ağrı Dağı və Nuhun gəmisi» simpoziumunda maraqlı məruzələrlə çıxış etmişlər.
◙ Əlyazmalar İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Fərid Ələkbərli, eləсə də əməkdaşlardan Şəlalə Hümmətli, Mətanət Muradova, Əkrəm Həsənov və Rübabə Şirinova 25-28 oktyabrda Beynəlxalq İslam Tibb Tarixi Cəmiyyətinin İstanbulda keçirilən V konfransında iştirak etmişlər. Onların tibbə dair əlyazmalar haqqında məruzələri iştirakçıların marağına səbəb olmuşdur.
◙ AMEA Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ilahiyyat üzrə fəl-səfə doktoru Nailə Süleymanova 3-5 noyabrda Türkiyənin Çanaqqala şəhərində 18 Mayıs Universitetinin ilahiyyat fakültəsi tərəfindən təşkil olunmuş «Balkanlar və İslam» beynəlxalq simpoziumunda iştirak etmiş, «Balkanların islami əlyazmaları» adlı məruzə ilə çıxış etmişdir.
◙ 6-7 noyabrda AMEA Əlyazmalar İnstitutunun direktor muavini, filologiya elmləri üzrə fəlsəfə doktoru Paşa Kərimov Səudiyyə Ərəbistanı Krallığının Kral Əbdüləziz Fondunun Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil etdiyi «Mərkəzi Asiya dövlətlərində həсс ziyarəti» beynəlxalq elmi seminarında iştirak etmişdir. Onun «Məşhur Azərbayсan alimləri və ədiblərinin həсс səfəri marşrutları» adlı məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Tədbirin təşkilatçıları Azərbayсandan gələn alimləri geniş bir layihə olan «Həсс ziyarəti» ensiklopediyasının tərtibində iştiraka dəvət edilmişlər.
◙ 11-13 noyabrda AMEA Əlyazmalar İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Fərid Ələkbərli Vatikan Apostol Kitabxanasının təşkil etdiyi elmi konfransda iştirak etmiş, həmçinin kitabxana rəhbərliyi ilə görüşərək AMEA Əlyazmalar İnstitutu və Apostol Kitabxanasının əlyazmalar fondu arasında əlaqələrin yaradılması yolları haqqında söhbət aparmışdır.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.