Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

Əməkdaşlıq davam edir

Üç il qabaq Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi ilə AMEA Əlyazmalar İnstitutu arasında bağlanmış müqavilə əsasında səfirliyin instituta texnoloji yardım göstərməsi bu ilin avqust-sentyabr aylarında reallaşmışdır. Həmin vaxt ABŞ-ın sabiq səfiri xanım Ənn Dors institutu ziyarət etmiş, müəssisənin fəaliyyəti, Azərbaycan əlyazmalarının vəziyyəti və buradakı problemlərlə maraqlanmış, bu elm və mədəniyyət ocağının elmi-təşkilati işlərinə səfirliyin yardım göstərəcəyinə soz vermişdi. Bundan sonra səfirlik institut üçün 51,713.43 $ məbləğində vəsait ayırmışdı. Hazırda həmin məbləğə müvafiq avadanlıq instituta çatdırılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq, müəssisənin xəzinələrində yanğına qarşı Alarm siqnalizasiya sistemi və izləyici mühafizə kameraları quraşdırılmış, həmçinin 24 ədəd kompyuter dəsti, 2 ədəd split tipli kondisioner, 1 ədəd rəngli, 4 ədəd ağ-qara printer, 1 ədəd skaner-printer-kseroks komplekt dəsti və 1 ədəd A3 skaner instituta hədiyyə edilmişdir.

ABŞ-ın sabiq səfiri Ənn Dors AMEA Əlyazmalar İnstitutu ilə tanış olarkən

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.