Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

Yeni kitablar

AMEA Əlyazmalar İnstitutunun əməkdaşları Mərziyə Paşayevanın və Mehri Məmmədovanın tərtib etdiyi “Səməd Vurğun arxivinin təsviri” biblioqrafik kitabı “Nurlan” nəşriyyatında çapdan çıxmışdır. Kitaba İnstitutda mühafizə edilən ən zəngin arxivlərdən biri – böyük Səməd Vurğunun şəxsi fondunda saxlanılan materialların paleoqrafik təsviri daxil edilmişdir. 22 sərlövhə altında təsvir olunan materiallar əlifba ardıcıllığı ilə düzülmüş, hər bir yazının məzmunu, başlanğıcı və sonu göstərilmişdir. Kitab tərtibçilərin şairə məhəbbətlə yazılmış ön söz ü ilə açılır. Redaktoru filologiya elmləri namizədi M.Məmmədovadır.

***

“Nurlan” nəşriyyatı XV əsrin qüdrətli Azərbaycan şairi Nemətullah Kişvərinin türk divanını müəllifin Tehranda saxlanılan avtoqraf nüsxəsinin fotofaksimilesi ilə birlikdə nəşr etmişdir. Kitabın tərtibçisi, Berlində yaşayan həmvətənimiz Məhəmmədəli Hüseyni əsərə müfəssəl müqəddimə yazmış, onu qeyd və izahlarla təmin etmişdir. Kitabı nəşrə hazırlayan filologiya elmləri namizədi Paşa Kərimov həm də onun redaktorudur. Divanın cəmi 30 səhifəsini əhatə edən bu kitab Kişvərinin zəmanəmizə gəlib cəmi 27 vərəqi çatmış əlyazması əsasında çap olunmuşdur. İncə nəstəliq xətti ilə köçürülmüş əlyazma şairin həm də gözəl xəttat olduğunu nümayiş etdirir.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.