BU SAYT FƏALİYYƏTİNİ DAYANDIRMIŞDIR |
"HEYDƏR ƏLİYEV İRSİ" Linklər www.azerbaijan.az www.az.apa.az azertag.az
*
|
16.02.2017 ŞAH İSMAYIL XƏTAİNİN XƏTT NÜMUNƏLƏRİ AŞKAR EDİLİB
Müxtəlif rəngli vərəqlərə köçürülmüş və cildlənmiş əsərin əvvəllər yalnız bir səhifəsinin surəti əlimizdə idi. İndi isə Münhenin Baviyera Dövlət Kitabxanasında saxlanan əsərin orada mövcud olan 27 vərəqinin hamısının surəti Azərbaycana gətirilib. Nümunələrin üzərindəki qeyddən görünür ki, mətn Şah İmayıl Xətai tərəfindən 1514-cü ildə köçürülüb. Xətt nümunələrinin altında ərəbcə mətnin fars dilinə tərcüməsi naməlum xəttat tərəfindən köçürülüb. Ehtimal ki, bu xətt nümunəsi Çaldıran döyüşündən əvvəl yazılıb. Osmanlı imperatoru I Sultan Səlim Təbrizi işğal etdiyi zaman bu əlyazmanı da ələ keçirərək İstanbula aparmışdır. Əsər sonra oradan Avropaya aparılıb. Qeyd edək ki, Şah İsmayıl Xətainin gözəl xətt nümunəsinin “Kəlimati-Mürtəzəviyyə” adı altında Münhenin Baviyera Dövlət Kitabxanasında saxlandığı barədə ilk məlumatı türk alimi İsmayıl Hikmət Ertaylan İstanbulda 1965-ci ildə çap etdirdiyi “Divani-türkiyi-Zəfər” kitabında vermişdir. Türk alimi Xətainin Hacı Məhəmməd Təbrizidən süls, Şah Mahmuddan nəstəliq xətti üzrə dərs aldığı barədə bilgi vermişdir.
|
ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA Əlyazmalar İnstitutunun jurnalları İradə Ələsgərova
AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ
187 min əlyazma oxucuların istifadəsinə veriləcək
Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək. Əlyazmalar rəqəmsala keçir
Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır
2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır. |
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014 |