BU SAYT FƏALİYYƏTİNİ DAYANDIRMIŞDIR

LÜTFƏN, İNSTUTUTUN YENİ RƏSMİ SAYTINA KEÇİD EDİN

www.manuscript.az

ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

11.05.2018

ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynur Nəcəfovanın “Anna Axmatova və Şərq” adlı yeni kitabı “Mütərcim” nəşriyyatında nəfis şəkildə çapdan çıxıb. Kitabın baş elmi məsləhətçi və ön sözün müəllifi Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, elmi redaktoru Bakı Dövlət Universitetinin “Dünya ədəbiyyatı” kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Cəlil Nağıyevdir. Monoqrafiyanın rəyçiləri Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov və Bakı Dövlət Universitetinin müəllimi, filologiya üzrə elmlər doktoru, professor Ülfət Bədəlbəylidir.


10.05.2018

ƏMƏKDAŞLARIMIZ QALİBLƏR SIRASINDA

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası və Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun təsis etdiyi “İşıq-qadın” jurnalı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə “Cümhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma-yazı müsabiqəsinin mükafatlandırma tədbirini keçirib. 7 may 2018-ci ildə Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə AMEA Əlyazmalar İnstitutunun əməkdaşları da iştirak etmişlər. 98 nəfərin qatıldığı müsabiqədə elmi işçi Sevinc Rəhnullanın “Şeyxülislam gəlini”, elmi işçi Əzizə Ələkbərovanın “Tarixdən od götürən Qayıbovalar” və kiçik elmi işçi Pərvanə Teyyubovanın “Mesenat Nabat xanım Aşurbəyli” adlı məqalələri 50 balı keçmiş və topluya daxil edilmişdir.



07.05.2018

HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

7 may 2018-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun akt zalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev və Əlyazmalar İnstitutu” mövzusunda elmi seminar keçirilib.
Tədbir Ümummilli Liderin xatirsənin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. 


07.05.2018

NADİMİN ŞEİRLƏRİ İLK DƏFƏ KİTAB HALINDA NƏŞR EDİLİB

"Alatoran" nəşriyyatında XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Baxış Nadimin (1780-1878) şeirlər toplusu ilk dəfə kitab halında nəşr edilib. Məlum olduğu kimi, indiyədək şairin çox az sayda əsəri işıq üzü görüb. Kitabı nəşrə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və həmin institutun aparıcı elmi işçisi, Raqub Kərimov hazırlayıb və topluya geniş ön söz yazıblar. Kitabın redaktoru filologiya elmləri doktoru, professor Zaman Əsgərlidir.


02.05.2018

ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLƏN TƏDBİRİNDƏ İŞTİRAK EDİB

2 may 2018-ci il tarixində Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı kənd 1 saylı tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə təşkil olunmuş tədbirdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d., prof. Paşa Kərimov və elmi katib, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə iştirak etmişlər. 


01.05.2018

ƏLYAZMALAR İNSTİTUTUNDA “MANUSCRİPT” BEYNƏLXALQ ELMİ JURNALI OXUCULARIN İSTİFADƏSİNƏ VERİLİB

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Manuscript”    beynəlxalq elmi jurnal oxucuların istifadəsinə verilib. Qeyd edək ki, adıçəkilən jurnal ABŞ-ın Kanzas ştatında yerləşən Beynəlxalq Əlyazmalar Cəmiyyəti tərəfindən ildə dörd dəfə, ingilis dilində nəşr olunur. Beynəlxalq əməkdaşlıq çərçivəsində hər iki tərəf elmi jurnallarınının mübadiləsini həyata keçirəcək. Jurnalın cari nömrəsində Yeni Orleanın tarixi və mədəni irsini ehtiva edən Yeni Orleanın Tarixi Kolleksiyası haqqında məlumat verilir. 



01.05.2018

MƏMMƏD ƏMİN RƏSULZADƏNİN MƏKTUBLARI İLK DƏFƏ İŞIQ ÜZÜ GÖRÜB

Bu günlərdə  “Məmməd Əmin Rəsulzadə. Məktublar.Şəfibəyçilik” kitabı işıq üzü görüb. Kitabın tərtibçisi və ön sözün müəllifi tanınmış araşdırmaçı Aydın Balayevdir. Kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq Moskvada fəaliyyət göstərən “Məmməd Əmin Rəsulzadə Məclisi”nin maliyyə dəstəyi ilə nəşr olunub. Kitabda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin bir sıra məktubları və 1934-cü ildə İstanbulda işıq üzü görmüş “Şəfibəyçilik” əsəri yer alıb. M.Ə.Rəsulzadənin C.Hacıbəyliyə ünvanladığı ərəb qrafikası ilə yazılmış  məktubları AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Arif Ramazanov tərəfindən transfoneliterasiya edilib, fars-ərəb mənşəli sözlərə izah yazılıb. Kitaba daxil edilmiş “Şəfibəyçilik” əsəri o dövrdə Azərbaycan mühacirəti və Müsavat partiyasında baş verən prosesləri ehtiva edir. Bu əsər də Azərbaycanda ilk dəfə nəşr olunur. 



24.04.2018

“AZƏRBAYCAN MƏDƏNİYYƏT TARİXİNİN PROBLEMLƏRİ ƏLYAZMALARDA” MÖVZUSUNDA XVI ƏNƏNƏVİ RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANS

24 aprel 2018-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda “Azərbaycan mədəniyyət tarixinin problemləri əlyazmalarda” mövzusunda XVI ənənəvi respublika elmi-nəzəri konfransı keçirilib. Konfrans Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamına həsr olunub. Plenar iclasa çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki,  Prezident İlham Əliyevin Sərəncamı 31 mart soyqırımı qurbanlarının xatirəsinə dərin hörmət və ehtiramın göstəricisidir. 


23.04.2018

AZƏRBAYCANLA ÖZBƏKİSTAN ARASINDA ƏLYAZMALARIN MÜBADİLƏSİ GENİŞLƏNƏCƏK

Özbəkistanın tanınmış ədəbiyyatşünas alimi, professor Həmidulla Boltabayev Bakıya səfəri zamanı AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət etmiş, institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovla görüşmüşdür. Söhbət zamanı xüsusi olaraq qeyd olunmuşdur ki, özbək əlyazma mənbələrində Azərbaycan, Azərbaycan əlyazma mənbələrində Özbəkistan tarixinə, ədəbiyyatına dair dəyərli məlumatlar vardır və bu məlumatlar gələcək tədqiqatlarda mütləq nəzərə alınmalıdır. Hər iki tərəf belə qərara gəlmişdir ki, Özbəkistan və Azərbaycan əlyazmaçı alimlərinin əlaqələrinin, əlyazma surətləri mübadiləsinin genişləndirilməsi hər iki qardaş xalqın tarixinin, mədəniyyət və ədəbiyyat tarixinin daha hərtərəfli yazılmasına yardım edə bilır.



20.04.2018

MÜTƏXƏSSISLƏR ÜÇÜN MARAQLI KİTAB

Tarix üzrə fəlsəfə doktoru Cavid Cəfərovun “ Azərbaycan kitabxanaları verilənlər və metaverilənlər mərkəzi kimi” adlı kitabı işıq üzü görüb. Kitab AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 16 fevral 2018-ci il tarixli, 2 saylı iclasıının qərarı ilə nəşr olunub. Kitabda müxtəlif tərkibli elektron sənəd-məlumat massivlərinin, o cümlədən verilənlər və metaverilənlərin yaradılması, emalı, mübadiləsi və ümumiyyətlə, kontent üzərində həyata keçirilən kitabxana-informasiya fəaliyyəti elmi-nəzəri cəhətdən təhlil olunub və ümumləşdirilib. 


<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014