BU SAYT FƏALİYYƏTİNİ DAYANDIRMIŞDIR

LÜTFƏN, İNSTUTUTUN YENİ RƏSMİ SAYTINA KEÇİD EDİN

www.manuscript.az

ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

12.07.2018

DAĞISTAN VƏ ŞİRVAN TARİXİNƏ DAİR AZƏRBAYCAN DİLİNDƏ ƏLYAZMA

Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Etnoqrafiya və Arxeologiya İnstitutunun kitabxanasından Dağıstan və Şirvan tarixinə dair Azərbaycan dilində yazılmış “Kitabi-nəsəbnameyi-ümərayi-Qaytaq” əsərinin əlyazmasının surətini əldə etmişdir. Əsərdə erkən orta əsrlərdən XIX əsrə qədər Dağıstan və Şirvanda cəmiyyətin siyasi, sosial-iqtisadi və diplomatik həyatında baş verən hadisələr şərh edilir. Yazılı abidənin mühüm hissəsini Azərbaycan alimi Mahmud Xınaluqinin bölgənin tarixinə dair 1456-ci ildə Azərbaycan türkcəsində yazdığı əsərdən götürülmüş parçalar təşkil edir. Bu dəyərli mənbə orta əsrlərdə  Azərbaycan türkcəsində yazılmış tarixi əsərlərin dilinin öyrənilməsi baxımından da böyük maraq kəsb edir.



10.07.2018

TÜRKİYƏLİ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLMUŞDUR

İyulun 4-də Konyada yerləşən Əlyazma Əsərlər Bölgə Müdirliyinin rəhbəri prof.dr. Bəkir Şahin və Türkiyənin Azərbaycandakı Səfirliyinin dini işlər üzrə müşaviri prof.dr. Kamil Günəş AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət etmiş, institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovla söhbət etmişlər. Söhbət zamanı hər iki tərəf əlyazmaların tədqiqi sahəsində Azərbaycan və Türkiyə mütəxəssislərinin ortaq fəaliyyətinin zəruriliyindən danışmış, bir yerdə görülə biləcək işləri, həyata keçiriləcək tədbirləri müzakirə etmişlər. 



30.06.2018

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru Əlyazmalar İnstitutunda olub

29 iyun 2018-cı il tarixində Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, məşhur mətnşünas alim, filologiya elmləri doktoru, professor Şöhrət Səmərəddin oğlu Siracəddinov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub. Qonağı Əlyazmalar İnstitutunun direktor müavinləri, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli və filologiya üzrə elmlər doktoru Paşa Kərimov qarşılayıblar. A.Əliyeva-Kəngərli qonağa Əlyazmalar İnstitutunun tarixi, institutda qorunan əlyazmalar, aparılan elmi tədqiqat işləri, əlyazmaların bərpası və elektronlaşdırılması haqqında müfəssəl məlumat verib. P.Kərimov isə Əlyazmalar İnstitutunda Özbəkistan və Azərbaycan ədəbiyyatı əlaqələri mövzusunda aparılan tədqiqat işləri haqqında danışıb.


29.06.2018

İNSTİTUMUZUN ƏMƏKDAŞI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

Əlyazmalar İnstitutunun baş mütəxəssisi, doktorant Vüqar Hacıyev may ayının 23-24-də AMEA-nın Qafqazşünaslıq İnstitunun təşkilatçılığı ilə keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Qafqazda dövlətlərarası münasibətlər 100 il əvvəl və müasir dövr” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir. Həmkarımız konfransın işində fəal iştirakına görə sertifikata layiq görülmüşdür. 



29.06.2018

İSLAM ƏQAİDİ VƏ DİNİ-FƏLSƏFİ ELMLƏR SIRASINDA ONUN YERİ

AMEAMəhəmməd Füzuli adına Əlyazmalar İnstitunun əməkdaşı, ilahiyyat üzrə elmlər doktoru Zəkiyyə Əbilovanın “İslam əqaidi” adlı məqaləsi ABŞ-ın Nyu York şəhərində çıxan “Journal of  Life Sciences” jurnalında çap ounmuşdur. Məqaləni bəzi ixtisarlarla təqdim edirik. 


29.06.2018

ƏLYAZMALAR İNSTİTUTUNUN HƏMKARLAR KOMİTƏSİNİN SƏDRİ TƏLTİF OLUNUB

28 iyun 2018-ci il tarixində AMEA-nın əsas binasında keçirilən təntənəli tədbirdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Həmkarlar Komitəsinin sədri Zahidə Mirzə qızı Hacıyeva uzun illər və səmərəli fəaliyyətinə görə “AHİK-in 25 illik Yubiley döş nişanı” ilə təltif olunub. Döş nişanını ona AMEA-nın  Azad Həmkarlar İttifaqının sədri Habil Surxay oğlu Qurbanov təqdim edib.
Qeyd edək ki, Zahidə xanıma yubiley döş nişanın verilməsi haqqında AHİK İcraiyyə Komitəsinin 22 yanvar 2018-ci il tarixli, 16b.3 saylı qərarını AHİK-in sədri Səttar Möhbalıyev özü imzalayıb.



25.06.2018

TÜRKMƏNİSTANIN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FÖVQALADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ TÜRKMƏNİSTAN ELMLƏR AKADEMİYASININ ƏMƏKDAŞLARI İLƏ BİRGƏ AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA QONAQ OLUB

25 iyun 2018-ci il tarixində Türkmənistanın ölkəmizdəki səfiri, cənab Mekan İsanquliyev, Tükmənistan Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutunun direktoru Davud Orazsahedov və Ədəbiyyat İnstitutunun direktor müavini filologiya elmlər namizədi Hezretqulu Durdjiyev AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Hörmətli qonaqları Əlyazmlar İnstitutunun elmi işlər üzrə direktor müavinləri filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli və filologiya üzrə elmlər doktoru Paşa Kərimov qarşılamışlar. Görüşdə Aybəniz Əliyeva-Kəngərli qonaqlara Əlyazmalar İnstitutunun tarixi, elmi fəaliyyət istiqaməti haqqında, Paşa Kərimov isə İnstitutda qorunan qədim əlyazmalar haqqında məlumat verib. İki heyət bir-biri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib.


25.06.2018

ƏLYAZMALAR İNSTİTUTUNDA QƏDİM QURAN ƏLYAZMALARININ SƏRGİSİ OLUB

25 iyun 2018-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun sərgi salonunda  Qədim Quran Araşdırma Birliyinin təşkilatçılığı ilə qədim Quran kitablarının və əlyazmalarının sərgisi keçirilmişdir.  Sərgidə 120-dən çox qədim Quran kitabı, əlyazma nüsxəsi, Quranın təfsirləri, ayrı-ayrı şairlərin dini şeirləri nümayiş etdirilmişdir. Birliyin sədri  Nəhayət Hüseynova Qədim Quran Araşdırma Birliyinin yaranmasının üç ilinin artıq tamam olduğunu bildirib. O, ilk belə bir sərginin  2016-cı ildə keçirildiyini qeyd edib.  


21.06.2018

XV ƏSRDƏ TƏRTİB OLUNMUŞ LÜĞƏT AZƏRBAYCANDA

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis Kitabxanasından “Lüğəte-Nemətullah” adlı əsərin surətini əldə etmişdir. XVI əsrdə yaşamış Nemətulla ibn Əhməd ibn Mübarək ər-Rumi Sofiyada dünyaya gəlmiş, İstanbulda yaşamış, 1561-ci ildə vəfat etmişdir. 1539-cu ildə yazılmış “Lüğəte-Nemətullah” farsca-türkcə lüğət olmaqla bərabər fars dilinin qrammatikasına dair əsərdir. Əsərin əlyazma nüsxələri London və Paris kitabxanalarında, Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun şərq əlyazmaları şöbəsində, o cümlədən, Əlyazmalar İnstitutunda saxlanılır.



13.06.2018

ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB

13 iyun 2018-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda III beynəlxalq elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Əlyazmalar İnstitutunun Azərbaycan xalqının milli-mənəvi sərvətlərinin və dəyərlərinin qorunması sahəsindəki rolundan danışıb. O, Əlyazmalar Fondunun Əlyazmalar İnstitutuna çevrilməsini Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirib. O, deyib ki, Gürcüstanda, Ermənistanda əlyazmalar saxlanılan müəssisələr çox-çox əvvəllər institut statusu almasına baxmayaraq, Azərbaycanda buna imkan verilmirdi.

konfransmateriallari.docx


<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014