BU SAYT FƏALİYYƏTİNİ DAYANDIRMIŞDIR

LÜTFƏN, İNSTUTUTUN YENİ RƏSMİ SAYTINA KEÇİD EDİN

www.manuscript.az

ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

06.09.2018

NƏSİMİNİN TÜRK DİVANININ ƏLYAZMA NÜSXƏSİNİN SURƏTİ BAKIYA GƏTİRİLİB

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Mulis kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının – lirik şeirlər toplusunun yeni əlyazma nüsxəsinin surətini əldə etmişdir. 140 vərəqdən ibarət, nəstəliq xətti ilə köçürülmüş bu nüsxədə şairin “Nəsimi” təxəllüsü ilə bərabər “Hüseyni”, “Seyyid” təxəllüsü ilə yazdığı şeirləri də vardır.



06.09.2018

İSRAİLLİ ALİMLƏR ƏLYAZMALAR İNSTİTUTUNDA

Bu günlərdə İsrail Bar-İlan Universitetinin əlyazmaşünas alimləri professor Zohar Amar və doktor Yaron Serri AMEA-nın  Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Qonaqları institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Fərid Ələkbərli qarşılayıblar. Bar-İlan Universitetinin “İsrailşünaslıq” kafedrasının professorları orta əsr əlyazmaları əsasında tibbin tarixini, dünyanın bitki örtüyünü  öyrəndiklərini bildiriblər. Onlar həm də Əlyazmalar İnstitutunda mühafizə olunan tibbi dair qədim ərəbdilli əlyazmalarla maraqlandıqlarını vurğulayıblar. Qonaqlara YUNESKO-nun qeyri-maddi-mədəni irs siyahısında yer almış tibbə dair 3 nəfis əlyazma ilə tanışlıq imkanı yaradılıb.


05.09.2018

NƏŞƏ TƏBRİZİNİN DİVANI ƏLDƏ EDİLMİŞDİR

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov İstanbulun Topqapı Sarayı Muzeyindən XVII-XVIII əsrlərdə yaşamış Nəşə Təbrizinin divanının surətini əldə etmişdir. Əsasən farsca yazılmış bu divanının sonunda şairin Azərbaycan türkcəsində yazdığı şeirlər toplanmışdır. Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin nəslindən olan Əbdürrəzzaq Nəşə Təbrizi dövrünün tanınmış alimi, riyaziyyatçısı olmuş, Nadir şahın yürüşlərində iştirak etmişdir. Divandakı Azərbaycan türkcəsində olan qəsidələr Nadir şahla bağlıdır. Bu qəsidələrdən biri Nadir şahın göstərişi ilə 1743-cü ildə Nəcəf şəhərində Həzrət Əlinin türbəsinin qızıla tutulması münasibəti ilə yazılıb. Divanda şairin anadilli lirik şeirləri də vardır.



19.07.2018

“AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA” MÖVZUSUNDA III BEYNƏLXALQ ELMİ-NƏZƏRİ KONFRANSIN MATERİALLARI ÇAP OLUNUB

13 iyun 2018-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda III beynəlxalq elmi-nəzəri konfransın materialları toplu halında çap olunub. Türkiyə Cümhuriyyətinin, İran İslam Respublikasının əlyazmaşünas alimlərinin də məruzələrinin yer aldığı bu topluda ümumilikdə altmış məqalə dərc olunub. Qeyd edək ki, məruzələrin əksəriyyəti ölkədə və dünyanın müxtəlif kitabxanalarında yeni aşkar olunmuş əlyazma abidələri ilə bağlıdır. Konfransda iştirak edib, məruzə edənlər İnstitutun ümumi işlər üzrə direktor müavininə müraciət edib, toplunu əldə edə bilər.



18.07.2018

X.NATƏVAN HAQQINDA FİLM ÇƏKMƏK MƏQSƏDİ İLƏ BELÇİKALI REJİSSOR ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB

İyul ayının 18-də belçikalı rejissor Mişel İvo AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət etmiş, institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovla görüşmüşdür. Belçikalı rejissor görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın həyatı barədə sənədli film çəkmək fikrində olduğunu bildirib. Bu məqsədlə o, Natəvanın əsərlərinin Əlyazmalar İnstitutunda saxlanan əlyazmaları, ona dair sənədlər, xatirələr, eləcə də onun rəsmli albomu ilə tanış olmuşdur.  



16.07.2018

NİZAMİ VƏ ZƏRDÜŞTİLİK MÖVZUSUNDA ƏTRAFLI ARAŞDIRMA

“Mütərcim” nəşriyyatında filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevin “Nizami yaradıcılığında zərdüştilik” adlı kitabı işıq üzü görüb. Kitab Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının müvafiq qərarı əsasında nəşr olunub. Monoqrafiya müəllifi Azərbaycanda ilk dəfə olaraq Nizami yaradıcılığında zərdüştilik elementlərini geniş şəkildə tədqiqata cəlb edir. 


16.07.2018

XIX ƏSR QARABAĞ ƏDƏBİ MÜHİTİNİN AYNASI OLAN “TƏZKİREYI-NƏVVAB” YENİDƏN NƏŞR OLUNUB

“Elm” nəşriyyatı görkəmli alim, təzkirəçi, ensiklopedik zəka sahibi, XIX əsrin məşhur ədəbi simalarından biri Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” adlı əsərini çap etmişdir. Əsər AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun Elmi Şurasının qərarı ilə işıq üzü görüşdür. İki hissədən ibarət olan təzkirənin birinci hissəsində Vaqif, Vidadi, Kərbəlayi Şəfi Valeh, Zakir, Cəfərqulu xan Arif Nəva, Məhəmməd bəy Aşiq, Aşıq Pəri, Abdulla bəy Asi və s. kimi 35 sənətkar, ikinci hissədə isə Natəvan, Mehdiqulu xan Vəfa, Fatma xanım Kəminə, Həsənəli xan Qaradaği, Mirzə Rəhi Fəna, Məmo bəy Məmai, Mirzə bəy Məmai, Mirzə Həsən Yüzbaşov, Mir Möhsün Nəvvab, Mir İbrahim Nəvvabzadə, Hacı Abbas Agah, Mir Mehdi Xəzani və başqalarından ibarət 56 şair haqda məlumat verilmiş və əsərlərindən nümunələr təqdim edilmişdir. 


14.07.2018

MƏŞHUR ƏBRU SƏNƏTÇİSİ HİKMET BATURCUGİL ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB

İyul ayının 13-də məşhur Əbru sənətçisi Hikmet Baturcugil və kitab naşiri Ahmet Taner AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət etmiş, institutun direktor müavini Paşa Kərimovla ğörüşmüşlər. Söhbət zamanı hər iki tərəf yazılı abidələrin ortaq tədqiqi və nəşrində maraqlı olduqlarını bildirmiş, bu sahədə müştərək fəaliyyətə başlamaq qərarına ğəlmişlər. 



13.07.2018

ELMİ KATİBLƏRİN I İŞGÜZAR TOPLANTISI KEÇİRİLİB

13 iyul 2018-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə “Winter Park Hotel Baku” mehmanxanasının Almaz zalında Elmi katiblərin I məsləhətləşmə xarakterli görüşü keçirilmişdir. Ümumilikdə 22 elmi tədqiqat institutu, ali məktəb müəssisəsi və muzeyin qatıldığı bu toplantıda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov təmsil etmişdir. 


13.07.2018

ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktorantı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyevin "Əllamə Məclisi və onun Biharül-ənvar əsərinin hədis tarixində yeri" adlı kitabı İnstitutun Elmi şurasının müvafiq qərarı ilə nəşr edilib. Monoqrafiya Azərbaycan Səfəvilər dövlətinin şeyxülislamı, XVII əsr Azərbaycan ilahiyyatşünaslığının inkişafında müstəsna rol oynamış Əllamə Məhəmməd Bağır əl-Məclisinin (1687-1700) həyat və yaradıcılığına həsr edilmişdir. Kitabın elmi redaktoru və ön sözünün müəllifi akademik Möhsün Nağısoylu, elmi məsləhətçi isə fəlsəfə üzrə elmlər doktoru, professor Sakit Hüseynovdur. 


<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014