ƏLYAZMALAR YANMIR

ISSN:2410-5600

"Əlyazmalar yanmır" jurnalı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşr etdiyi beynəlxalq elmi jurnaldır. Jurnal 2014-cü ildə İnstitutun Elmi Şurasının qərarı ilə təsis olunmuş, 13.01.2015-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Mətbu nəşrlərin reyestri"nə daxil edilmişdir (Reyestr №3940).
"Əlyazmalar yanmır" jurnalı ildə 4 dəfə nəşr olunur. Jurnalda əyazmaşünaslıq, mətnşünaslıq, mənbəşünaslıq, dilçilik, elm tarixi, folklor, ədəbiyyat nəzəriyyəsi, Azərbaycan ədəbiyyatı, əlyazmaların qorunması və s. ilə bağlı məqalələr dərc olunur.

Jurnalın baş redaktoru AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, AMEA Humanitar elmlər bölməsinin akademik-katibi, akademik Teymur Kərimlidir.